Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

İngiltərə səfirliyinə hücum

 

 

 

 

 

 

 

     Terrorçular yeni üsluba keçib, motosikletlə maşına çırpılırlar

   "Xeberinfo.com": Əfqanıstanın paytaxtı Kabildəki İngiltərə səfirliyinə aid maşına hücum təşkil edilib. 

İlkin xəbərə görə hücum nəticəsində iki əfqan vətəndaşı həlak olub, çox sayda insan yaralanıb.

AFP xəbər verir ki, intiharçı motosikletlə özünü ingiltərə səfirliyinə aid maşına çırpır və partladır.Partlamanın çox güclü olduğu və Kabilin hamısından eşidildiyi, partlamanın ardından böyük bir duman buludunun yüksəldiyi də gələn xəbərlər arasındadır.

İngilis səfirliyinin nümayəndəsi xəbəri təsdiqləyərək, "Səfirlik vasitəsinə hücum təşkil edilib. Yaralılar var. Əfqan orqanları ilə birlikdə çalışırıq" deyib.

Kabil polisindən Haşmet Stanakzai "Əlimizə ilk çatan məlumatlara görə ən az iki vətəndaş həyatını itirib, 10 adamdan çoxu da yaralanıb. Araşdırmalarımıza davam edirik" –deyə bildirib.

Əfqanıstan Daxili İşlər nazirinin müavini Eyub Salanq da Twitterdən etdiyi şərhində bunun motosikletlə təşkil olunan bir intihar hücumu olduğunu bildirib.

Qeyd edək ki, ötən bazar ertəsi Kabildə Amerika əsgərlərinin maşınına bombalı hücum təşkil edilmişdi və hadisədə iki Amerika əsgəri həyatını itirmişdi.

Ölkənin şərqindəki Paktika şəhərində isə bazar günü voleybol matçı əsnasında təşkil edilən intihar hücumunda 57 adam həyatını itirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam