Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Ərdoğanı öldürmək istəmirdim”


     Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı edilən sui-qəsddə şübhəli bilinən şəxsin məhkəməsi başlayıb. 

    "Xeberinfo.com": AzNews.az xəbər verir ki, Sultanqazi Bələdiyyəsinin binasında baş tutan məhkəmədə şübhəli bilinən Ferhat Yıldızın işinə baxılıb.

   Ərdoğanın hüquqlarını qoruyan vəkil Ferah Yıldız deyib ki, məhkəmədə Ferhatın həyata keçirmək istədiyi sui-qəsd planı öz təsdiqini taparsa, onu 20 il həbs cəzası gözləyir.
Ərdoğanın 3 mühafizəçisinin şahid qismində iştirak etdiyi bildirilir. 

   Ferhat Yıldız məhkəmədə hadisədən bir həftə əvvəl avtobus dayanacağında adını bilmədiyi bir şəxsdən silah aldığını bildirib: “İçində bir dənə güllə vardı. Silahı heç istifadə etmədim. Ərdoğan keçəndə mən kütlənin arxasındaydım. Aramızda 10 metr məsafə var idi. Avtomobilin arxasından yola endim və tapançanı çıxartdım və kənara tulladım. Sonra mühafizəçilər yanıma gəlib “Nə atdın?” deyə qışqırdılar. “Ərdoğanı vurmağı planlaşdırmadım, yalnız etiraz etdim” cavabını verdim``.

   Ərdoğanın mühafizəçisi isə "Şübhəli silahını Ərdoğana yönəltmişdi. Ona “Silahını at” deyə qışqırdım. Mən müdaxilə edincə silahını kənara tulladı. Üzərində axtarış apardıq, arxa cibində bir bıçaq gördük ``sözlərini deyib.

    Şübhəli Ferhat Yıldız isə sonda "Kaş ki, belə bir şey olmasaydı. Peşmanam. Tələsik etdiyim bir şey idi. Həbsdən çıxmaq istəyirəm``etirafını edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam