Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Canlı yayımda Ərdoğana “erməni” və “mason” dedilər




Misirdə yayımlanan Naşirun TV-yə telefonla bağlanan Səudiyyə Ərəbistanlı bir şəxs, prezident Rəcəb Tayyib Ərdoğan haqqında alçaldıcı ifadələr işlədib: “Ərdoğan mənşəyi müəyyən olan bir ermənidir, hətta masondur". 

"Xeberinfo.com": AzNews.az xəbər verir ki, verilişin aparıcısı zəng edən şəxsin sözünü kəsib və ona sərt cavab verib.

“Türkiyə kimi böyük bir dövlətin liderinə bu məntiqlə təhqir etməyinə əsla icazə vermərəm. Prezident Ərdoğan müsəlman və türkdür. İstəsək də, istəməsək də sənin və sənin kimilərin baş tacıdır. Hər hansı bir ölkənin şərəfli və namuslu liderini istədiyin qədər tənqid edə bilərsən. Bu proqram hamıya açıqdır, amma təhqir edə bilməzsən. Buna əsla icazə vermərəm. Get, o təhqiri Səudiyyə Ərəbistanında səsləndir. Masonmuş, bilmirəm nəymiş, bu necə bir sözdür?. Əslində siz onu qısqanırsınız. Sizin Qatar və Türkiyə ilə böyük problemləriniz var. Sizinlə eyni dinə mənsub olanları qısqanırsınız. Ərəb və İslam aləminə kiçik bir ümid işığı olan kəslərə qarşı fırtınalar qoparır, yalan dolu kampaniyalar yürüdürsünüz. Baxın, Qatar tək başına Dünya Kubokuna ev sahibliyi edəcək. Və siz onlara qarşı inanılmaz qara yaxan kampaniyalara başlayırsınız. Türkiyəyə qarşı bir tək ordunuzla hücum etməyiniz qaldı. İndi isə bütün sünni qruplara qarşı yaradılan koalisiyalara daxil olursunuz. Qərbi isə dəstəkləyir, onlara yaltaqlanır və boyun əyirsiniz”, - deyə aparıcı vurğulayıb.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam