Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Donetskdə artilleriya atəşi

 

141106073820_shelling_in_donetsk_5_nov_afp_624x351_afp_nocredit

     Şərqi Ukraynadakı məktəb ərazisinə artilleriya mərmisinin düşməsi nəticəsində məktəbin həyətində futbol oynayan iki yeniyetmə ölüb və 4 nəfər xəsarət alıb.

   "Xeberinfo.com": Donetsk aeroportu yaxınlığında yerləşən məktəbə hücum atəşkəsin pozulması barədə qarşılıqlı ittihamlara təsadüf edir.

Sentyabrın 5-də əldə olunmuş atəşkəs razılaşmasından sonra yüzlərlə adam öldürülüb.

Artilleriya mərmisi Ukraynanın ən zəngin adamı, milyarder Rinat Axmetovun Humanitar Fondu tərəfindən ötən il təmir edilərək istismara verilmiş məktəb ərazisinə düşüb.

BBC-ə müsahibəsində Fondun rəhbəri deyib ki, mərmi günortadan sonra uşaqların fitbol oynadığı meydançaya düşdükdən sonra partlayıb.

Rimma Fil xəsarət alan yeniyetmələrin xəstəxananın reanimasiya bölməsinə yerləşdirildiyini deyib.

Cənab Axmetov noyabrın 5-də baş verən hücumu dəhşətli faciə adlandıraraq zorakılığa son qoymağa səsləyib.
Ötən ay strateji əhəmiyyətə malik Donetsk aeroportuna nəzarət uğrunda üsyançılarla Ukrayna qüvvələri arasında şiddətli döyüşlər aparılıb.

Donetskdə çərşənbə axşamından bəri davam edən qarşılıqlı həmlələrdə ən azı bir adamın öldüyü və bir neçə nəfərin yaralandığı xəbər verilir.

ATƏT təşkilatının müşahidə missiyası atəşkəs rejiminin hər iki tərəfdən pozulması hallarının davam etdirildiyini bildirir.

BMT rəqəmlərinə əsasən hökumət qüvvələrilə şərqdəki rusiyapərəst üsyançıları arasında aprel ayında başlayan qarşıdurma 4 mindən artıq adamın ölümünə bais olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam