Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BP İrana girməkdən imtina etdi

Britaniyanın BP şirkəti İranın neft və qaz yataqlarının inkişaf etdirilməsi üçün elan edilmiş tenderlərdə iştirakdan imtina edib.

 Xeberinfo.com:  İran üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasından sonra 30-dək əcnəbi neft şirkətləri ilə ilkin sazişlər və niyyət müqavilələri imzalayıb.Tehran növbəti 5 ildə xarici şirkətlərin İrana 200 milyard dollar investisiya yatırcağını gözləyir.

Reuters agentliyi bildirir ki, İran 29 şirkətə özünün daha az məhdudiyyətli Iran Petroleum Contract (IPC) modeli üzrə neft və qaz layihələrinə daxil olmaq üçün tenderlərdə iştirak icazəsi verib. Layihələrə müsabiqəsiz daxil olacaq şirkətlərin arasında Shell, Fransanın Total, İtaliyanın Eni, Malayziyanın Petronas və Rusiyanın Gazprom və Lukoil şirkətləri də var. Qalan şirkətlər Çin, Avstriya, Yaponiya və başqa ölkələri təmsil edirlər.

Total və Shell şirkətləri artıq ötən noyabr və dekabrda Tehranla bir sıra niyyət protokollarını imzalayıblar. ABŞ-ın ExxonMobil və Chevron kimi iri neft şirkətləri İranla biznesə hələlik can atmırlar.İran üzərinə qoyulmuş ABŞ sanksiyaları bu ölkədən olan şirkət və vətəndaşların Tehranla işbirliyini qadağan edir.

Lakin Britaniya şirkəti olan BP-nin İranın tenderlərindən iştirakdan imtinası bir qədər təəccüblə qarşılanıb. Çünki BP artıq Tehrandakı iqamətgahını bərpa etmiş və faktiki olaraq İranla neft alış-verişinə başlamışdı. İri neft şirkətlərinin iştirakı ilə keçirilən mühüm toplantılarda Britaniyanın İrandakı səfiri də iştirak edirdi. O belə yığıncaqlardan birində Britaniya hökumətinin BP-nin İranla əməkdaşlığına dəstək verəcəyini də söyləmişdi.

“Financial Times” qəzeti isə yazır ki, BP təmsilçiləri İran tenderində iştirak etməmək qərarını şirkətin dünyanın bir çox başqa ölkələrində böyük layihələri olması ilə izah ediblər, lakin buna baxmayaraq onlar Donald Tramp-n prezident seçilməsinin də səbəblərdən biri olduğunu gizlətmirlər.

Qəzet yazır ki, BP Britaniya şirkəti olsa da, səhmdarlarının 40, işçilərinin isə 30 faizi Amerika vətəndaşlarıdır. Bu mənada şirkətin rəhbəri, amerikalı Robert Dadli də istisna təşkil etmir. Donald Tramp seçki kampaniyası ərzində dəfələrlə İranla imzalanmış nüvə sazişini tənqid etmiş və bildirmişdi ki, onun prezident seçiləcəyi təqdirdə ABŞ bu razılaşmadan çıxacaq.

“Financial Times” yazır ki, Trampın bu vədinə əməl edib-etməyəcəyi bilinmir, lakin BP bütün hallarda Tehranla münasibətlərin pisləşə biləcəyini nəzərə alıb. Məqalədə deyilir ki, ABŞ-ın İranla münasibətlərinin gələcəyini Trampdan daha çox onun dövlət katibliyinə namizədi, ExxonMobil-in keçmiş rəhbəri Rex Tillerson müəyyən edə bilər. Ekspertlər inanırlar ki, ola bilsin, BP İranla münasibətlərini gələcəkdə başqa çərçivədə qurmağa çalışacaq və hazırkı mövqe “ehtiyatlı keçid taktikasıdır”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam