Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstanda keçmiş baş nazirə yeni iş kəsdilər

 

 

        "Xeberinfo.com": Məlumata görə, oktyabrın 20-də Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq baş naziri Vano Merabişviliyə 3 il həbs cəzası kəsib. Merabişvili 2006-cı ildə öldürülmüş Birləşmiş Gürcüstan Bankının əməkdaşı Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. Bu hökm ona sabiq daxili işlər naziri kimi oxunub. 
    Merabişvili sabiq prezident Saakaşvilinin ən yaxın silahdaşlarından biridir. O, 2004-2012-ci illərdə daxili işlər naziri postunu tutub, 2012-ci ildə baş nazir olub.

Qirqvlianinın meyiti 2006-cı ilin yanvarında Tbilisi ətrafındakı qəbiristanlıqda tapılıb. Onun qətlinə görə bu gün Gürcüstan Daxili İşlər Nazirliyinin sabiq məmurları Geronti Alaniya, Valerian Metreveli və Oleq Melnikova da hökm oxunub. Onların hər birinə 4 il 6 ay müddətinə həbs cəzası verilib.

    2014-cü il fevralın 27-də Tbilisi Şəhər Məhkəməsi Merabişviliyə 4 il yarım iş kəsib. O, 2011-ci ilin mayında müxalifətin aksiyasının dağıdılmasında ittiham olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam