Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Rusiya Türkiyəyə hücum etsə qarşısında NATO-nu görəcək"

 

Rusiyaya bir zərbə də “Çernoqoriya cəbhəsindən” dəydi

Xeberinfo.com:   NATO ölkələrinə qarşı hibrid hücumları Vaşinqton razılaşmasının beşinci maddəsinin tətbiqinə gətirib çıxara bilər. Bu bəyanatla NATO baş katibi Yens Stoltenberq çıxış edib.

“Hibrid hücumu müxtəlif təhülkə yaratdığından müdafiə üçün də çoxlu sayda imkanlar lazımdır”, – deyə o bildirib.

Nümunə kimi Türkiyəni göstərən NATO baş katibi bu ölkənin müdafiəsi ilə bağlı uzunmüddətli planlarının olduğunu deyib. O əlavə edib ki, alyans bir neçə ildə Türkiyənin HHM sistemini gücləndirir. Yaxın həftələrdə də Türkiyənin müdafiəsi üçün əlavə tədbirlər görüləcək.

Buna qədər NATO sərhəddə bir neçə Partiot qurğusu yerləşdirmişdi. Lakin Ankara daha müasir vasitələrin istifadəsini təklif edir.

Həmçinin Türkiyədə Britaniya aviasiyası yerləşdiriləcək. Aralıq dənizinin şərgində isə Almaniya və Danimarkanın gəmiləri yerləşəcək.

Baş katib onu da deyib ki, NATO ölkələri müdafiə xərclərinin azaldılmasını dayandırır. “Ən azından, NATO ölkələri artıq müdafiə xərclərinin azaldılmasını dayandırmağa və təhlükəsizlik sahəsinə daha çox sərmayə yatırmağa başlayıblar”, deyə o bildirib.

Bu arada bəlli olub ki, NATO Rusiyanın etirazlarına baxmayaraq, Çernoqoriyaya alyansın 29-cu üzvü olması üçün dəvət göndərib. Xarici işlər nazirləri toplantısının ikinci günündə, keçmiş Yuqoslaviya respublikalarından olan Çernoqoriya ilə üzvlük müzakirələrinə başlanması istiqamətində qərar verilib.

NATO-nun baş katibi qərarı belə dəyərləndirib: “Bu, tarixi bir qərardır. Bu gün həm Çernoqoriya, həm Qərbi Balkanlar, həm də NATO üçün gözəl bir gündür. Bu qərar, çox gözəl bir ittifaqın başlanğıcıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam