Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentin BMT-dəki çıxışı davaya səbəb oldu

 

     Türkiyə prezidentini terrorizmə dəstəkdə ittiham etdilər.

"Xeberinfo.com":  BMT-nin Baş Assambleyasının 69-cu sessiyasında Türkiyə və Misirin nümayəndə heyəti dalaşıb.

Onlar öncədən planlaşdırılmış bütün görüşləri ləğv ediblər, Bu barədə İTAR-TASS-a xəbər verir.

Qalmaqal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ümumsiyasi müzakirə zamanı bildirdiyi ifadələrinə görə baş verib.

Ərdoğan öz misirli kolleqası Abdel Fəttah as-Sisinin ünvanına tənqidlə çıxış edərək onun dünya liderləri sırasında yer almasına qarşı olduğunu bəyan edib. O, dünya ictimaiyyətini Misirdə “hərbi inqilab” təşkil edənləri dəstəkləməkdə ittiham edib. “BMT xalqın iradəsi ilə seçilən prezidenti devirənlərin hərəkətinə qanuni don geyindirir, – Ərdoğan bəyan edib. – Nəyə görə dünya demokratiyaya qarşı çevrilişə susur?”.

Misir tərəfi narazıçılıq və qəzəb bildiriblər. Misir ƏR XİN-in nümayəndəsi Abdel Atı Ərdoğanın bəyanatlarını “yalan və iftiralarla dolu” adlandırıb. Türkiyənin prezidentini misirlilərin iradəsinə qarşı ikrahla yanaşmaqda, terrorizmə dəstəkdə və Yaxın Şərqdə xaos və qarşıdurma toxumları səpməyə cəhd etməkdə ittiham ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam