Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğanın Obamadan istəyi nə olacaq?

 

     Fəthullah Güləni ya bizə verin ya da deportasiya edin...
 
      "Xeberinfo.com":Bu gün ABŞ prezidenti Obama ilə görüşəcək olan prezident Ərdoğan, masadakı mövzulardan birinin də “dinləmə” qalmaqalı ilə əlaqədar tələblərini irəli sürəcəyini bildirib.
     Məlumata görə, prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan NATO zirvəsinə qatılacağı Uels paytaxtı Kardifə gedərkən, təyyarədə jurnalistlərin suallarını cavablandırıb. 
Ərdoğan Kardifdə Barak Obama ilə edəcəyi ikitərəfli görüşdə ABŞ başçısından Fəthullah Güləni ya Türkiyəyə ekstradisiya ya da deportasiya etmələrini istəyəcəyini bildirib. 
Türkiyə prezidenti Obamayla görüşündə İraq və Suriyadakı vəziyyət, İsrail - Fələstin atəşkəsi, 'Türkiyənin dinlənməsi' və əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə önəm verəcəklərini bildirib. 
Ərdoğan dinləmə ilə əlaqədar 'Məlumat və sənəd olmadan nə edəcəksiniz? deyənlər var. Hər şey, dinlemeler hamısı ortada. Bunlardan daha böyük sənəd olarmı? “-deyə bildirib. 
Bundan əlavə Ərdoğan “İndi inkar etmə mərhələsindədir. Hal-hazırda dəlilləri yox etmə nöqtəsinə gəliblər. Sanki bir casusluq təşkilatı meydana gətiriblər və bu işlərin mərkəzi də Pensilvaniyadır”-deyib. 
Ərdoğan şərhində “Madam ki, biz ABŞ ilə strateji əməkdaşıq, aramızda bir model əməkdaşlıq var; siz necə zaman-zaman bəzi terroristləri istəyirsiniz biz də sizə veririksə, biz də sizə deyirik ki, belə belə. Ya bunu deportasiya edin və ya bizə verin. Özüdə günahı olmadığını söyləyir ...”- deyə bildirib. 
“Günahı yoxdur gəlsin burada yaşasın. İdarə edəcəksə buradan idarə etsin, siyasətə qoşulacaqda burada qoşulsun"- deyə Türkiyə prezidenti sözlərinə əlavə edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam