Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Norveçdə yeni koalisiya hökuməti yaradılır

]http://yenixeber.org/uploads/posts/2018-01/1516038650_norvec-koalisiya.jpg[/thumb]

 

 

Norveçdə parlament seçkilərinin nəticələrinin elan edilməsindən 4 ay sonra üç partiya yeni azlıq hökumətini yaradıb. Hökumətə yenidən Mühafizəkarlar Partiyasının lideri Erna Sulberq başçılıq edib

 

Yenixeber.org: Razılaşmanın əldə edilməsi Moss şəhərində on gün davam edən danışıqlardan sonra elan edilib.

Razılaşma Mühafizəkarlar Partiyası və populist liberal-mühafizəkar yönümlü Tərəqqi Partiyası ( FrP) koalisiyası ilə Norveç Liberal Partiyası (Venstre) arasında əldə edilib. KİV-in verdiyi məlumata görə, nazir portfellərinin sahibləri yaxın vaxtlarda müəyyənləşəcək.

E.Sulberq yeni hökumətin təşkil edilməsi münasibəti ilə çıxışında Krallıq üçün məqbul olan ümumi həll yollarının tapılacağını vəd edib.

Tərəqqi Partiyasının lideri, əvvəlki hökumətin maliyyə naziri Sel Yensen bildirib ki, rəsmi Oslo, xüsusən, ailə üzvlərinin köçürülməsi ilə bağlı miqrasiya siyasətini sərtləşdirəcək, vətəndaşlıq almaq istəyənlərə əlavə tələblər irəli sürüləcək. Sel Yensenin sözlərinə görə, hökumət pərəncə geyinməyi də qadağan etmək niyyətindədir.

Qeyd edək ki, 2017-ci ilin payızında keçirilən seçkilərindən sonra yeni hökuməti təşkil etmək üçün üç koalisiya qüvvəsinə cəmi bir səs çatmayıb. Parlamentdə onların ümumilikdə 84 mandatı var, halbuki çoxluq təşkil etmək üçün heç olmazsa 85 səs olmalıdır. Ancaq azlıq hökuməti fyordlar ölkəsi üçün nadir hal deyildir. Belə ki, Erna Sulberqin əvvəlki hökumətləri də azlığın sağ populistlərlə koalisiyası sayəsində təşkil edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam