Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Ölüm mələyi” ömürlük həbs edildi- İnsanlığa qarşı cinayətlər

“Ölüm mələyi” ömürlük həbs edildi

 

Argentinanın hərbi donanmasının iki əsgəri 1976-1983-cü illər arasında hərbi rejim dövründə insanlığa qarşı törətdikləri cinayətlər səbəbindən ömürlük həbs cəzasına məhkum edilib

 

Yenixeber.org: Həmin əsgərlər o zaman yüzlərlə müxalifi öldürülməkdə və işgəncəyə məruz qoymaqda günahlandırıldıqları üçün cəzalandırılıblar. Alfredo Astiz və Jorge Eduardo Akosta adlı həmin əsgərlər hərbi rejim zamanı Donanma Mexanika Məktəbində (Esma) törədilən cinayətlərlə bağlı tutulan 54 nəfərin sırasındadır. Buenos-Ayresdəki Esma həmin vaxt “işgəncə mərkəzi” kimi istifadə edilib.

“Ölüm mələyi” adlandırılan Astiz, məhkəmədə törətdiyi əməllərə görə peşman olmadığını deyib: “İnsan hüquqları təşkilatları intiqam və zülüm verən təşkilatlardır. Əsla əfv diləmirəm”.

Qeyd edək ki, ötən gün keçirilən məhkəmə zamanı şübhəli olaraq tutulan 54 nəfərdən 29-u ömürlük həbs cəzasına məhkum edilib. 19 nəfərə 8 ildən 25 ilə qədər həbs cəzası verilib. Altı şübhəliyə məhkəmədə bəraət verilib.

Qeyd edək ki, Argentinada general Jorge Rafael Videlanın liderliyi ilə xunta idarəçilik sisteminin 1976-cı ildə hakimiyyəti ələ keçirməyindən sonra ölkədə təxminən 30 min nəfər adam öldürülüb.

7 il davam edən anti-kommunizm hərbi rejim dövründə solçular başda olmaqla, çoxlu sayda vətəndaş tutulub, öldürülüb və ya itkin düşüb. Məhbuslar ordu tərəfindən qurulan gizli işgəncə və ölüm mərkəzlərinə aparıldılar. Aralıq dənizinin ən böyük işgəncə mərkəzi olan Esmaya aparılan təxminən 5 min məhbusun 90 %-nin buradan sağ çıxmadığı təxmin edilir. Bəzi məhbuslar burada güllələnərək, bəziləri isə təyyarələrdən canlı şəkildə Atlantik okeanına atılaraq öldürülüb. Esma 2004-cü ildən insan hüquqları muzeyinə çevrilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam