Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Mən adam öldürməmişəm”

 

Ömürlük azadlıqdan məhrum edlimiş  Quliyev  Şöhrət  Məmməd  oğlunun bir istəyi var: ƏDALƏT                             

“Xeberinfo.com”: Redaksiyamıza Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ömürlük həbsə məhkum olunmuş Quliyev  Şöhrət  Məmməd  oğlunun məktubu daxil olub. Müəllif  məktubda ədalətsizliklə qarşılaşdığını, qanunsuz həbs olunduğunu yazır.

Müəyyən oxucu kütləsi üçün maraqlı olacağını nəzərə alıb, məktubu olduğu kimi dərc edirik.                

“Mən, Quliyev  Şöhrət  Məmməd  oğlu  bu  ərizəni  Sizlərə  cəza  çəkdiyim  Qobustan  həbsxanasından  yazıram. Uzun  müddətdir  ki, mən  Azərbaycan  Respublikasının  Prezidenti  və  digər  yüksək  vəzifəli  şəxslərə  müraciət  edərək  tam  qanunsuz  və  əsassız  yerə  məhkum  edildiyimi  və  bu  səbəbdən  uzun  müddətdir  ki, qanunsuz  həbsdə  saxlanıldığımı  onların  nəzərlərinə  çatdırmaq  və  mənə  kömək  edib  qanunsuz  və  əsassız  həbsdən  azad  edilməyimi  yazıb  xahiş  edirəm. Lakin  mənim  səsimi  eşidən  yoxdur. Bildirirəm  ki, mən  tam  qanunsuz  və  əsassız  olaraq  Bakı  Ağır  Cinayətlər  məhkəməsinin  27.12.2010-cu  il  tarixli  qanunsuz  hökmü  ilə  ömürlük  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edilmiş  və  hazırda  Qobustan  həbsxanasında  cəza  çəkirəm. Mənim  ömürlük  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilməyimin  səbəbi  isə  26.05.2009-cu  ildə  Gəncə  şəhərində  qanunsuz  həbs  ediləndən  sonra  hüquq  mühafizə  orqanları  əməkdaşlarının  işi  araşdırmadan  Azərbaycan  Respublikasının  Prezidentini  aldadıb,  yalandan  ona  Gəncə  şəhərində  banda  tutmaları  və  mənim  tərəfimdən  8(səkkiz)  nəfəri  öldürməyim  barədə  verdiyi  saxta  və  yalan  məlumat  olmuşdur. İbtidai  istintaq  və  məhkəmədə  işə  baxılan  zaman  tam  müəyyən  edilmişdir  ki, 8 nəfər  yox, 2 nəfər  adam  öldürülüb, mənim  də  həmin  cinayətlərin  törədilməsi  ilə  heç  bir  əlaqəm  olmamış  və  həmin  cinayətlərin  törədilməsində  mənim  iştirakım  olmamışdır. Öldürülən  həmin  iki  nəfər  şəxslərdən  birini, yəni  Gəncə  şəhər  sakini  Kamal  Ələkbərovu  Həsənov  Anar  Tahir  oğlu, digərini, yəni  Bakı  şəhər sakini  Əhməd  İbrahimovu  isə  Şabanov  İlham  Fərman  oğlu  öldürmüşdür. Həm  ibtidai  istintaq, həm  də  birinci  və  apelyyasiya  məhkəmələrində   işə  baxılan  zaman  tam  müəyyən  edilmişdir  ki. Azərbaycan  Respublikasının  Prezidentinə  verilmiş  yalan  məlumatın  tam  əksinə  olaraq  heç  bir  banda  mövcud  olmamış  və  mənim  həmin  banda  dedikləri  ilə  heç  bir  əlaqəm  olmamışdır. İlham  Şabanov  məhkəmələrdə  işə  baxılarkən həm dindirilən zaman, həm  də  iki  dəfə  yazılı  surətdə  məhkəməyə  təqdim  etdiyi  ərizələrində  bildirmişdir  ki, mən  Quliyev  Şöhrət  Məmməd  oğlunu  tanımıram, indiyə  kimi  onunla  mənim  heç  bir  münasibətim  olmamışdır, Kamal  Ələkbərovu  isə  özü  öldürmüşdür, onun  öldürülməsi  sifarişini  isə  ona  Gəncə  şəhər  sakini  Elmar  adlı  şəxs  sifariş  vermişdir. Şöhrət  Quliyevi  tanımıram  və  Şöhrətin  Kamal  Ələkbərovun  öldürülməsi  cinayəti  ilə  heç  bir  əlaqəsi  yoxdur.Həmçinin  onun  kimi  Anar  Həsənov  da  məhkəmələrdə  ifadələr  verərək  məhkəmənin  nəzərinə  dönə-dönə  çatdırmışdır  ki, Quliyev  Şöhrəti  tanımıram, onunla  mənim  indiyə  kimi  heç  bir  münasibətim  və  əlaqəm  olmamışdır. Mənə  və  İlham  Şabanova  iki  nəfərin, yəni  Kamal  Ələkbərov  və  Əhməd  İbrahimovun  öldürülməsini  sifariş  verən  Gəncə  şəhər  sakini  Elmar  adlı  şəxs  olmuşdur. Şöhrət  Quliyevin  bu  iki  nəfərin  öldürülməsi  ilə  hər-hansı  şəkildə  heç  bir  əlaqəsi  olmamışdır. Şöhrət  Quliyevin  bu  iki  nəfərin  öldürülməsindən  xəbəri  olmamışdır.

        Mənim  ömürlük  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilməyimin  səbəbi  yuxarıda  qeyd  etdiyim  kimi  məni  26.05.2009-cu  ildə  qanunsuz  yerə  həbs  edən  hüquq  mühafizə  orqanları  əməkdaşlarının  Azərbaycan  Respublikasının  Prezidentini  aldadıb,  ona  yalan  məlumat  vermələri  olmuşdur. Artıq  istintaq  zamanı  mənim  baş  verən  cinayətlərlə  heç  bir  əlqəmin  olmaması  üzə  çıxsa  da, Prezidenti  aldadıb  ona   yalan  məlumata  verən  şəxslər  məni  qanunsuz  yerə  həbs  etdiklərindən  və  Prezidentə  mənim  baş  verən  cinayətlərlə  heç  bir  əlaqəmin  olmaması  haqqında  yenidən  məruzə  etməkdən  qorxduqlarından , Prezident  tərəfindən  ciddi  şəkildə  cəzalandırılacaqlarını  bildiyindən  Prezidentə  sonradan  məruzə  edib  deyə  bilməyiblər  ki, mənim  baş verən  həmin  cinayətlərlə  heç  bir  əlaqəm  olmamışdır. Axı  onlar  Prezidentə  yenidən  deyə  bilməzdilər  ki, cənab  Prezident  biz  Sizi  aldatmışdıq, biz  Sizə  Şöhrət  Quliyevlə  bağlı  düzgün  məlumat  verməmişik.Yalandan  Prezidentə  məlumat  verən  şəxslər  sonradan  gəlib  ona  deyə  bilərdimi  ki, Şöhrət  Quliyevin  həmin  cinayətlərlə  heç bir  əlqəsi  olmamışdır. Buna  görə  də  Prezidenti  aldadıb, ona  mənim  haqqımda  yalan  məlumat verən  şəxslər  hər  vasitə  ilə  çalışmışlar ki, məni  qanunsuz  yerə  məhkum  etsinlər  və  arzularına  da  çatıblar. Məhz  mən  onların  qanunsuz  hərəkətləri  səbəbindən  heç  bir  təqsirim  olmadığı  halda  məhkum  edilərək  bu  gün  Qobustan  həbsxanasında  ömürlük  cəza  çəkirəm.

        Belə  çıxır  ki, kiminsə  sözü  yalana  çıxmasın  deyə  istənilən  vətəndaşa  ömürlük  cəza  vermək  olar. Nə  ibtidai  istintaq  zamanı, nə  də  məhkəmə  araşdırmaları   zamanı  mənim  yuxarıda  qeyd  etdiyim  həmin  iki   nəfərin  öldürülməsində  hər-hansı  şəkildə  iştirakımın  olması  sübuta  yetirilməmişdir. Sübut  olunmamışdır  ki, həmin  cinayətlərin  törədilməsində  mənim  hansısa  şəkildə  iştirakım  olmuşdur.İbtidai  araşdırma  yarımçıq, natamam  və  səthi  aparılmış, işə  baxan  məhkəmələr  isə  istintaq  orqanlarının  buraxdığı  səhvlərin  heç  birini  aradan  qaldırmamışdır.

       Bir  daha  bildirirəm  ki,mən  heç  kimi  öldürməmiş  və  öldürürlməsini  sifariş  verməmişəm. Ölən  məlum, öldürülən  məlum, sifariş  verən  də  məlumdur. Kiminsə  sözü  yalan  çıxmasın  deyə,  kimsə  vəzifəsini  itirməsin  deyə  mənə  ömürlük  cəza  veriblər.Məhkəmələr  müstəqil  deyillər, onlar  ancaq  prokurorluğun  sifarişini  yerinə  yetirirlər.

         Mən  1973-cü  ildən  xırda  ticarətlə  məşğul  olub, ailəmi  dolandıran  adam  olmuşam.1990-cı  ildən  2009-cu  ildə  həbs  edilənə  kimi  Çin  Xalq  Res-dan  qab-qacaq  gətirib  satmaqla  məşğul  olmuşam. Mən  sadə  bir  iş  adamı  olmuşam. Mənim  cinayət  aləmi  ilə  heç  vaxt  heç  bir  əlaqəm  olmayıb. Bu   faktı  məni  tanıyan  hər  bir  kəs  tam  təsdiq  edə  bilər.

 

        Mən, mənim  bütün  ailə  üzvlərim  və  yaxınlarım  tam  inanırlar  ki, əgər  mənim  müraciətlərim  Azərbaycan  Respublikasının  Prezidentinə  çatarsa, o, mənə  qarşı  edilmiş  qanunsuzluqları  qısa  vaxtda  aradan  qaldıracaq, haqq  və  ədalət  qısa  vaxtda  bərpa  olunub  öz  yerini  tapacaqdır. Ona  görə  də  bu  ərizəni  Sizlərə  yazmaqla  xahiş  edirəm  ki, mənim  səsimin  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İ.Əliyevə  və  digər  aidiyyatı  vəzifəli  şəxslərə  çatdırılmasında  və  mənim  qanunsuz  həbsdən  azad  olunmağımda  mənə  yardımçı  olasınız”.   

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam