Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Moskva Ukrayna ilə müharibə qərarı verib”

 

“Moskvada artıq Ukrayna ilə müharibə qərarı veriblər”. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibinin keçmiş müavini Stepan Qavriş bildirib. Virtualaz.org saytı xəbər verir ki, Stepan Qavriş bunun “kəşfiyyat məlumatı olduğunu” deyib.
“Kəşfiyyat Putinə onun xoşuna gəlməyən informasiyaları çatdırmır. Moskvada artıq Ukrayna ilə döyüşmək qərarı veriblər, ancaq hansısa detallara fikir verməyəcəklər, kəşfiyyatda bu haqda bilirlər” – Qavriş bildirib.
Stepan Qavriş Ukraynanın şərqində hərbi əməliyyatların üçüncü fazasının başlayacağı haqda danışan ilk mənbə deyil. Bundan əvvəl NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı Uesli Klark Donbasda apardığı araşdırmalara istinadən Rusiyadan dəstəklənən separatçıların aprelin ikinci yarısında – mayın əvvəllərində yeni hücum əməliyyatlarına başlayacağını açıqlamışdı.
Donbasda atəşkəsə dair Minskdə əldə edilmiş razılaşma əsasən yerinə yetirilsə də son günlər Ukrayna qüvvələri ilə separatçılar arasında atışmaların intensivləşdiyi barədə məlumatlar var. Ukrayna silahlı qüvvələri təkcə aprelin 6-da 6 hərbçisini itirdiyini açıqlayıb. Daha təhlükəlisi isə budur ki, separatçıların nəzarətində olmayan cənub-şərq regionlarında – Mariupolda, Xarkovda, Odessada bir-birinin ardınca diversiyalar törədilir.
Ukrayna KİV-ləri xəbər verir ki, bu gecə Mariupolda partlayış törədilib, ölən və xəsarət alan yoxdur. Xarkovda isə Ukrayna bayrağının asıldığı dirək partladılıb. Gecə saatlarında baş verən partlayışın səsi bütün şəhərdə eşidilib. Həmçinin Xarkov vilayətində dəmir yollarında növbəti partlayış törədilib, qatarların hərəkəti dayandırılıb.
Odessada isə özlərini yerli milli icmaların təmsilçiləri kimi təqdim edən bir qrup şəxs “Bessarabiyanın xalq radası”nı yaradıb. Təşkilatın saytı Moskvada qeydiyyatdan keçib.
“Bessarabiyanın xalq radası” bildirir ki, Ukrayna NATO-ya üzv olmaq istəsə, onlar Odessanın müstəqilliyini elan edəcəklər.
Nüfuzlu rusiyalı hərbi analitik Pavel Felqenhauer Ukrayna ilə Rusiya arasında yeni müharibənin başlamasının mümkünlüyünü istisna etmir və hesab edir ki, Ukrayna ordusunun imkanları ancaq müdafiə olunmağa çatır.
“Ukrayna silahlı qüvvələrinin hücum əməliyyatları həyata keçirməyə qadir deyil. Moskvadan mən bunun səbəbini dəqiq görə bilmirəm. Ola bilsin təşkilati problemlər var, bir çoxları satqınlardan və agentlərdən şikayətlənir. Aydındır ki, Ukrayna silahlı qüvvələrinin komandanlığının strategiyası yoxdur, nəticədə onlar anlaşılmaz addımlara gedirlər. Məsələn, yanvarın ortalarında Donetsk aeroportu və Debaltsovo qəsəbəsi ətrafında döyüşlər başlayanda Ukrayna qoşunlarının hərəkəti çox anlaşılmaz idi. Onlar mənasız və səhv hərəkət edirdilər. Hərçənd qoşunlar pis vuruşmurdu, ancaq onlara çox pis komandanlıq edirdilər” -ekspert Ukrayna KİV-lərinə müsahibəsində bildirib.

Pavel Felqenhauer deyib ki, pis komandir cəsəd yığını deməkdir. Onun sözlərinə görə, Ukraynada yaxşı motivasiya olunmuş könüllülər var, ancaq onların komandirlərinin döyüş təcrübəsi yoxdur.
“Könüllülərdən ibarət batalyonların komandirlərinin heç hərbi təhsili də yoxdur. Kombat olmaq üçün isə oxumaq lazımdır. Hesab edilir ki, peşəkar piyadanı 8 aya hazırlamaq olur, ancaq batalyon komandirini 10 ilə hazırlamaq mümkündür. Kombat vəzifəsini tutana qədər o, müxtəlif vəzifələr tutmalıdır. Hərb elmindən xəbəri olmayan, məsələn, ümumqoşun döyüşünü təşkil etməyi, döyüş meydanında bütün növ texnikanın və silahların koordinasiyanı həyata keçirməi bilməyən batalyon komandiri heç nəyə nail ola bilməz” -ekspert Ukrayna ordusundakı vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, Ukrayna generalları isə ümumiyyətlə işə yaramır. Felqenhauer deyir ki, Ukrayna tərəfi hazırda sakit oturub, mövqelərini əldə saxlamağa çalışır. Lakin bunun köməyi olmayacaq. Çünki Ukrayna sakit oturanda Rusiya və rusiyameylli qüvvələr hücuma keçir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam