Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğana ölüm təhdidi

 

Türkiyədə ötən il 17 dekabrda rüşvət və korrupsiya əməliyyatından sonra İstanbuldan Bolu şəhərində göndərilən prokuror Zəkəriyya Öz twitter sosial şəbəkəsində geniş müzakirə olunacaq "tweet" atıb.
"Xeberinfo.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokuror Z. Öz, ad çəkmədən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğana söz ataraq onun da sonunun Qəddafi və Səddam Hüseyn kimi olacağını bildirib: "Heç kim diktatorluğa özənməsin. Sonu Qəddafi və Səddam kimi olacaq. Kim olursa olsun hüquqsuzluğu mənimsəyən, hesabını da verəcək". Daha sonra Öz belə davam edib: "Zorbalıqla dövlət idarə etməyə çalışanların acı sonlarını bilməyən yoxdur. Demokratiya və hüquq çağında tiranlığı müdafiə edənlər yaltaqlardır".
Qeyd edək ki, Zəkəriyya Öz Ərdoğanı tənqid edən jurnalistləri, siyasi partiya liderlərini inqilabçı kimi həbs etdirmişdi. Bundan əlavə o, Ərdoğana qarşı yazılmış kitabları, yığdırıb, insanları "seçilmiş hökumətə qarşı xaos mühiti yaratmaq" ittihamı ilə həbs etdirirdi. 
Ancaq, "Böyük Rüşvət" əməliyyatından sonra İstanbuldan Boluya göndərildikdən, dövlətin verdiyi avtomobildən və mühafizəçilərdən məhrum edildikdən sonra Ərdoğana qarşı açıqlamalar verir, "tweet"lər atır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam