Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiya Putinin ambisiyalarının bədəlini ödəyir” -Qərb mətbuatından şok ittiham

 

Sankt-Peterburq metrosunda törədilən terror aktı, şübhəsiz ki, Qərb mətbuatının gündəminin əsas mövzusu olub.

Yenixeber.org:  Xarici mediaya istinadən, ABŞ və Avropanın aparıcı nəşrlərinin hadisə ilə bağlı rəy və təhlillərini təqdim edirik.

“Bazar ertəsi günü Rusiyada, Sankt–Peterburqda həyata keçirilən terror aktı 2013-cü ildə Volqoqrad şəhərində törədilən, 32 insanın həyatına son qoyan terror cinayətindən sonra ən böyük qanlı hadisədir”, - Britaniyanın The Telegraph qəzeti yazır.

“Lakin bu son terakt Putinin Şimali Qafqaz və Suriya strategiyasının məğlubiyyətə uğradığı anlamına gələ bilməz”, - məqalə müəllifi Rolan Olifant yazıb.

“Son illərdə Rusiya xüsusi xidmət orqanları çeçen separatçılığını boğmağa və islamçı “Qafqaz əmirliyi” təşkilatının tərəfdarlarını sıxışdırmağa nail olmuşdular. Lakin Suriyaya hərbi müdaxilə həyata keçirməklə Rusiya özünü terrorçular üçün hədəf halına gətirdi”, - “Neue Zuercher Zeitung” (İsveçrə-red.) qəzetinin yazarı Andreas Rüş yazır.

Картинки по запросу russian terror in syria

Müəllif hadisədən öncə Sankt-Peterburq şəhərinin təhlükəsizlik, baxımından ən sakit bölgə kimi ad qazandığına diqqət çəkib.
“Əsrin əvvələrindən bu yana bütün irimiqyaslı teraktlar radikal dinçilər tərəfindən törədildiyi üçün ilk şübhə məhz onlaırn üzərlərinə düşüb. Mütəxəssislər Qafqaz əsilli silahlıların Suriyadan qayıtdıqdan sonra bu tip hadisələrin olacağını öncədən deyirdilər”, - məqalədə qeyd olunub.
Rusiyanın müxtəlif şəhərlərində törədilən digər terror aktlarından fərqli olaraq Sankt-Peterburq metrosundakı partlayışlar hədəfin yalnız Rusiya və onun siyasəti deyil, daha çox Putin olduğunu göstərdi”, - diplomat və jurnalist Roberto Toskano İtaliyanın “La Repubblica” qəzetində yazır.

Müəllif hadisədən cəmi bir neçə saat öncə Putinin Sankt-Peterburqda olmasını da təsadüfi hesab etmədiyini bildirib.
“Əgər biz bu hadisəyə görə məsuliyyət daşıyanlar haqqında fərziyyələr yürütməyə başlasaq, o zaman görərik ki, teraktın səbəbini Suriya müharibəsində axtarmaq lazımdır. Çünki Mosul və Rakkanı təslim etməyə hazırlaşan “Xilafət” aldığı məğlubiyyətlərin səbəbini 68 ölkədən ibarət koalisiyada deyil, Vladimir Putində görüb” – qəzet yazır.

Картинки по запросу putin syria iraq

“Putin Krımdan Suriyaya qədər apardığı müharibələrdə hər kəsin Rusiya ilə hesablaşmalı olduğunu göstərə bildi. Bundan başqa, o, Rusiyanın hələ də böyük dövlət olduğunu sübut etdi. Lakin böyük dövlət ambisiyaları üçün dəhşətli bədəl ödənilir. Burada söhbət təkcə iqtisadi zərərdən getmir. Baş oyunçu həmişə ondan məğlubiyyətə görə intiqam almaq, onu cəzalandırmaq istəyən subyektlərin hədəfinə çevrilir. Bu gün Putin cihadçılar üçün dünyada bir nömrəli düşmən sayılır”, - Toskano qeyd edib.

Keçmiş Rusiya diplomatı, “Putin: məxfi kod”, “Putin A-dan Z-yə” qədər kitablarının müəllifi Vladimir Fedorovski Fransanın “Le Figaro” qəzetinə verdiyi müsahibədə terakt vasitəsilə Vlaidimir Putinə zərbə vurulmaq istənildiyini iddia edib.

“Şəhər seçimi simvolik xarakter daşıyır. Hər kəs Putinin doğulub boya -başa çatdığı və təhsil aldığı şəhərə nə qədər bağlı olduğunu bilir. Bu hadisə birbaşa onun özünə meydan oxumaqdır” - Fedorovki əminiliyini ifadə edib.
Keçmiş diplomat Putinin terrorçular üçün bir nömrəli düşmən olduğuna diqqət çəkərək, cavab zərbəsinin özünü çox gözlətməyəcəyini bildirib.

Картинки по запросу chemical attack idlib

Fedorovki hadisənin ABŞ-la bu sahədə əməkdaşlıq qurulmasında fürsət yaradacağını istisna etmir. 
Britaniyanın “İndependent” qəzeti isə Moskvanın Sankt-Peterburqdakı terror aktına cavabının repressiyaları gücləndirmək və ölkədə millətçi-şovinist əhval –ruhiyyəni qaldırmaq şəklində olacağından ehtiyat edir.

Qəzet bu tip hadisələri bəhanə edərək vətəndaş azadlıqlarının və insan hüquqlarının ləğv edilməsi siyasətinin effektinin az olduğunu, tam əksinə, bütün əhalini terrorizə edən polis dövlətinin yaradılmasına gətirib çıxardığını bildirir.

“Nostaljiyə olduqca düşkün olan rusiyalılar nə vaxtsa terrorun mövcud olmadığı, ölkə daxilində belə problemlərin yaşanmadığı dövrlərin həsrətini çəkə bilərlər. Putin vaxtaşırı bu cür hücumlara məruz qalan insanların məhz bu hissiyyatından və əsas qorxularından qəsdən öz xeyrinə istifadə edə bilər”, - qəzet yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam