Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İNGİLTƏRƏDƏ TERROR:22 ölü, 66 yaralı

 

upload-ap-17142836902688-pic905-895x505-4301

Mançesterdə törədilən terrorun məsuliyyətinin terrorçu İŞİD qruplaşması üzərinə götürüb. 

Yenixeber.org:  TASS-a istinadən xəbərə görə, bu haqda terrorçu qruplaşma video –çarx yayıb.

İnformasiyaya əsasən, Böyük Mançesterin polis idarəsinin nümayəndəsi İen Hopkins bildirib ki, partlayışı terrorçu-kamikadze təkbaşına törədib. Onun sözlərinə görə, terrorçu hadisə yerində ölüb:“Terrorçu təkbaşına fəaliyyət göstərib. Onun əlaltısının olub-olmaması araşdırılır. Terroru törədən kişi özü ilə birlikdə əldə qayırma partlayıcı qurğu gətirib və onu hadisə yerində işə salıb”.

Qeyd edək ki, mayın 23-də gecə saatlarında Britaniyanın Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 66 nəfər isə yaralanıb.

***

1İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb.

Bu barədə Mançester polisinin “Tvitter” səhifəsində bildirilir.

“Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 50-yə yaxın insan yaralanıb”, məlumatda deyilir.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam