Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Rusiyada ikinci Ukrayna yaratmaq istəyirlər" -Politoloqdan şərh

"Terrorçular metroda partlayış törətməklə birbaşa Putini təhqir etmək istəyirdilər”. 
Yenixeber.org:   Bu sözləri BakiPost.az-a açıqlamasında politoloq Araz Əlizadə Sankt-Peterburq metrosunda törədilən terror aktı ilə bağlı öz fikirlərini səsləndirərkən deyib. Onun sözlərinə görə, məqsəd Rusiyada hər an təhlükəli vəziyyətin yarana biləcəyi ilə bağlı mesaj verilməsidir: "Terrorçular Putinə demək istəyirdilər ki, hətta sən şəhərdə olanda və belə ciddi təhlükəsizlik tədbirləri görüləndə belə biz istəsək əclaflıq edə bilərik”. 
A.Əlizadə "Rusiyada başlayan etiraz aksiyaları bu terrordan sonra daha da alovlana bilərmi” sualına belə cavab verib: "Rusiyanın müxtəlif əyalətlərində insanlar korrupsiyaya görə etiraz aksiyası keçirirlər. Xaricdə olan qüvvələr də bundan istifadə edib Rusiyada ikinci Ukrayna yaratmaq istəyirlər. Amma buna nail ola bilməyəcəklər. Çünki Putin Yanukoviç deyil. 
Ən əsası Putin korrupsioner deyil. Əgər o, korrupsioner olsaydı, onun pulları xaricdə olmalıydı. Pulları da xaricdə olsaydı, Rusiya müstəqil xarici siyasət yürüdə bilməzdi”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam