Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ yeni RƏM sistemi yerləşdirdi -Cənubi Koreyada

96

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Koreyada «THAAD» tipli yeni raket əleyhinə müdafiə (RƏM) sistemləri yerləşdirməsi məsələsinə Moskva və Pekin əlüstü reaksiya verib.

Yenixeber.org:   Koreyanın «Renxan» agentliyinin məlumatına görə, martın 7-də raket əleyhinə komplekslərin komponentləri hava nəqliyyatı ilə Osane bazasına gətirilib. Həm də burada iki atıcı qurğunun quraşdırılmasına hazırlıq gedir.
Komplekslərin yerləşdirilməsi 1-2 ay vaxt aparacaq.

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin başçısı Viktor Ozerovun sözlərinə görə, bu addım strateji hücum silahlarının ixtisarı üzrə müqavilənin (SHS-3) şərtlərinin birbaşa pozulması deməkdir.

«Bu yerləşdirmə – SHS-3 müqaviləsi ilə nəzərdə tutulan balansın pozulması deməkdir. Bu da Rusiyanın, həmin müqavilədən çıxmasına əsas verən şərtlərdən biridir» – deyə, Ozerov qeyd edib. Komitə sədri bildirib ki, Rusiya yaranmış vəziyyəti analiz edəcək.

Çin də öz növbəsində, bildirib ki, ABŞ-n bu addımına «qətiyyətlə qarşı çıxır» və vəd edir ki, öz maraqlarının müdafiəsi üçün vacib olan hər şeyi edəcək.

«Biz, qətiyyətlə buna qarşı çıxırıq. Biz, öz təhlükəsizlik maraqlarımızın müdafiəsi üçün lazım olan bütün tədbirləri görəcəyik» – deyə, Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin (ÇXR XİN) nümayəndəsi Qen Şuan bildirib.

Çinli diplomat ABŞ-ı «səhv yolla daha da irəli getməməyə» və bu sistemlərin yerləşdirilməsindən vaz keçməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam