Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İsrail Səudiyyə Ərəbistanına ittifaq təklif edir –İrana qarşı

 

İsrailin müdafiə naziri Aviqdor Liberman Almaniyanın Die Welt qəzetinə verdiyi müsahibədə Tehran rejiminin yəhudi dövlətinə ən böyük təhdid olduğunu söyləyib.

Yenixeber.org:  “İsrail Səudiyyə Ərəbistanına Yaxın Şərqdə NATO-ya bənzər alyans yaratmağı təklif edir. Terrora qarşı bütün mötədil güclərin birləşməsinin vaxtı gəlib çatıb”, - deyə o, çağırış edib.

Libermanın sözlərinə görə, mötədil sünni dövlətləri onlara yönəlik ən böyük təhdidin İsrail, sionizm və ya yəhudilər deyil, İran olduğunu anlayırlar.

İsrail naziri mötədil dövlətlər qismində körfəz ölkələrinin, ilk növbədə isə Səudiyyə Ərəbistanının adını çəkib.

“Əgər həqiqi koalisiya mövcud olsa, bununla bağlı öhdəliklərdən də danışmaq olar”, - Liberman davam edib:
“Baxın NATO-ya. Alyans hər bir üzvün digərlərini müdafiə etməyə hazır olması, digərləri tərəfindən də eyni təminat verilməsi prinsipi üzərində dayanıb”.

Liberman İsrailin güclü dövlət kimi özünü müdafiə etmək qabiliyyətində olduğunu söyləyərək əlavə edib:
“Fikirləşirəm ki, mötədil ərəb dövlətlərinin yaşamaq üçün İsrailə daha çox ehtiyacı var, nəinki İsrailin onlara...”

İsrailli nazirin sözlərinə əsasən, yəhudi dövləti ərəblərə texnologiyalarla yardım edə bilər. “Onlar nə terrorizmlə mübarizə, nə hərbi plan, nə də elmi araşdırmalar sahəsində bizdə olan imkanlara malik deyillər”, - deyə o, qeyd edib.

Die Welt qəzetinə verdiyi müsahibədə Avidqor Liberman Avropanın Yaxn Şərq siyasətini kəskin səkildə tənqid edərək onu qeyri-məhsuldar adlandırıb.

Onun sözlərinə görə, avropalılar açıq-aşkar fələstinlilərin tərəfində çıxış edirlər.

“Avropalıların münaqişənin həllinə verə biləcəkləri ən böyük töhfə Yaxın Şərqi unutmaq olardı”, - o bəyan edib. Liberman Avropanın regionda “süni demokratiya” yaratmaq istəyinin iflasa uğradığını da deyib.

Avidqor Liberman bundan başqa İranla nüvə anlaşmasını imzalayan 6 dövləti, o cümlədən Almaniyanı sərt tənqidə məruz qoyub.

Maraqlıdır ki, Liberman sazişin hazırlanmasında aktiv iştirak edən ABŞ-ın adını onların sırasında çəkməyib. Elə Birləşmiş Ştatların yeni prezidenti Donald Tramp da Tehranla imzalanan yeni sazişi tez-tez tənqid etməsi ilə bilinir.

Libermanın alman qəzetinə verdiyi müsahibə ilə bağlı olaraq ABŞ-ın The Wall Street Journal qəzeti Donald Tramp administrasiyasının da Yaxın Şərqdə İrana qarşı olan ölkələri birləşdirəcək yeni hərbi alyansın yaradılması perspektivlərini müzakirə etdiyini yazıb.

Qəzetin yazdığına görə, belə bir alyansın tərkibinə İsrail və Səudiyyə Ərəbistanından başqa Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya daxil ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam