Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Raqqa şəhərini də azad edə bilərik” -Ərdoğan

Racep Tayyip Erdogan

"Əgər Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiya razılaşsa Suriyanın Raqqa şəhərinin “İslam dövləti” qrupundan azad edilməsində Türkiyə də iştirak edə bilər".

Yenixeber.org:  Bunu Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib.

Bu barədə Reuters və Ria Novosti agentlikləri məlumat yayıb.

“Əl Babı azad elədik. İndi Rusiya və beynəlxalq koalisiyanın razılığı ilə Raqqanın azad edilməsində də eyni addımı ata bilərik. Bunun üçün Rusiya və ABŞ-la danışıqlar çox vacibdir. Əgər beynəlxalq müttəfiqlərimiz doğurdan da “İslam Dövləti” qrupu ilə mübarizədə səmimidirsə, Raqqanı da azad edə bilərik”, Erdogan Pakistana səfəri ərəfəsində Ankarada keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyada qalmaq məqsədi yoxdur.”Terrorçular bizə təhlükədir, biz bir təhlükə istəmirik, suriyalı qardaş və bacılarımızla dostluq şəraitində yaşamaq istəyirik”, Erdogan vurğulayıb.

Türkiyə prezidenti qeyd edib ki, Ankaranın terrorçu saydığı kürd qruplaşmaları Suriyanın Manbic şəhərini tərk etməli və Fərat çayının şərq sahilinə çəkilməlidirlər.

Qeyd edək ki, Türkiyə ötən il avqustun 24-dən Suriya ərazidində “İslam dövləti” qrupuna qarşı hərbi əməliyyatlara başlayıb.

Türkiyə ordusu Suriyadakı üsyançı qrupların dəstəyi ilə artıq Suriyanın Carablus və Əl Bab şəhərlərini yaraqlılardan azad edib.

Ankara dəfələrlə bəyan edib ki, məqsəd Suriya ilə sərhəd bölgəsini, vaxtaşırı Türkiyədə terror aktları törədən yaraqlı qruplardan təmizləməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam