Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əl-Bab alındı:sıradakı ünvan Raqqa, yoxsa Menbicdir?

 

67a1560d445520d5823b7fb1854c34ea

Kürd məsələsi ilə bağlı fikir ayrılığını həll edə bilsə növbəti əməliyyat Raqqaya doğru olacaq

Xeberinfo.com:   Türkiyə ordusu İŞİD-in Suriyadakı “paytaxtı” Raqqa şəhərinin azad edilməsi əməliyyatında iştirak edəcək.Bu barədə yerli mediaya Baş nazir Binəli Yıldırım məlumat verib. Baş nazir deyib ki, Türkiyə ordusu əl-Bab qəsəbəsində olduğu kimi, Raqqa əməliyyatında da iştirak edəcək. Sitat: “Bölgədə “Azad Suriya Ordusu”na dəstək verən hərbi qüvvələrimiz Rakkadakı əməliyyatlara da dəstək verəcəklər”.

Eyni zamanda Yıldırım İŞİD-ə qarşı əməliyyatda YPG (kürd) silahlılarından istifadə olunmasına etiraz edib. Qeyd edək ki, iki gün əvvəl Münhen konfransında çıxış edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq direktoru Devid Patreus deyib ki, PYD (YPG) PKK-nın əmisi oğludur. Eyni zamanda əlavə edib ki, YPG İŞİD-ə qarşı effektiv mübarizə aparır. Ancaq bu açıqlama Türkiyədə sərt təpkiyə səbəb olub. Çünki Türkiyə hakimiyyəti YPG-ni PKK-nın qolu hesab edir və bu səbəbdən də amerikalıların Raqqa əməliyyatı təklifindən imtina edirlər.

Baş nazir Yıldırım da, Amerika hökumətinin İŞİD-ə qarşı YPG-nin əli ilə mübarizə aparılmasını doğru saymadıqlarını, bu qruplaşmanı PKK ilə bir terror təşkilatı hesab etdiklərini deyib. Trend-in məlumatına görə, baş nazir qeyd edib ki, Əl-Bab nəzarət altındadır: “Ərazidə təmizlik işləri aparılır, lakin çətinliklər var. Bütün şəhərin altında tunellər, partlayıcı qurğular var”.
Qeyd edək ki, ABŞ hökuməti Suriya kürdləri və digər etnik qruplardan təşkil olunmuş Suriya Demokratik Qüvvələrinin Raqqanın azad edilməsi əməliyyatını dəstəkləyir. Hazırda Raqqaya doğru irəliləyən SDQ qüvvələrinə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya da dəstək verir. Ancaq amerikalılar Raqqanın alınmasının çətin olduğunu və kürdlərin bunu bacarmayacağını bilir. Üstəlik İraq ordusunun və Suriya ordusunun da Rusiyanın dəstəyi ilə Raqqaya hücum edəcəyi ehtimalı var. Bu səbəbdən də amerikalılar Raqqanı ruslardan və Əsəd qüvvələrindən daha tez almağa çalışır. Bu səbəbdən də əməliyyata Türkiyənin də daxil edilməsi, Türkiyə ordusu və dəstək qüvvələrin (ASO və digər birləşmələr – K.R) Raqqa əməliyyatında SDQ ilə birlikdə iştirakına çalışır.

Image result for PYD YPG

Ancaq Ankara hələlik bu plana isti yanaşmır. Hətta ötən həftə Türkiyəyə səfər edən ABŞ ordusu baş qərargah rəisi Danford İncirlik Hərbi Hava bazasında Türkiyə ordusu baş qərargah rəisi Hulusi Akarla Raqqa əməliyyatının detallarını müzakirə etdiyi, ancaq türklərlə PYD\YPG məsələsində dil tapa bilmədikləri qeyd olunur. Çünki Türkiyə üçün Suriyanın şimalında kürd muxtariyyətinin qurulması keçilməz “qırmızı xətdir”. Suriyada PKK-ya yaxın bir təşkilatın muxtariyyət qurması Türkiyədə etnik separatizm, PKK terrorunu daha da fəallaşdıracaq. Bu səbəbdən də Ankara İŞİD qədər kürd fəaliyyətlərinə də qarşıdır, Suriyanın şimalında.

Image result for PYD YPG

Amerikanlar isə istənilən halda Türkiyəni kürdlərlə birgə Raqqa əməliyyatına cəlb etməyə çalışır. Belə görünür ki, ümidlər tamamən tükənməyib. Bir tərəfdən Suriyanın gələcəyi ilə bağlı Rusiya ilə Türkiyə arasında fikir ayrılığı var və bu səbəbdən də Ankara Suriyada Vaşinqtonla yenidən əməkdaşlıq etməyə çalışır. Digər tərəfdən isə amerikalılar üçün də indi Raqqa əməliyyatında türklərin iştirakı çox vacibdir. Çünki qeyd etdiyim kimi, SDQ-nin təkbaşına Raqqanı ələ keçirməsi mümkün deyil. Bu vəziyyətdə isə yeganə variant tərəfləri razı salan ortaq variantın tapılmasıdır. Bu variantın hansı şəkildə olacağı hələ aydın deyil. Bu səbəbdən də hələlik əməliyyat başlamır. Yeri gəlmişkən, ötən gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran baş nazir Yıldırım deyib ki, hazırda əl-Bab Türkiyə ordusunun nəzarətindədir, ancaq bununla belə qəsəbədə axtarış-əməliyyat tədbirləri davam edir. O, bu prosesin nə zaman başa çatacağını deməyib. Ehtimal ki, ordu qəsəbəni ümumi nəzarətə alsa da, içəridə hələ terrorçular qalır.

Qeyd edək ki, Türkiyə rəhbərliyi daha əvvəl əl-Babdan sonra növbəti ü3nvanın Menbic qəsəbəsi olacağını bildirib. Artıq əl-Bab nəzarətə götürüldüyü üçün bundan sonra ordunun hansı istiqamətə irəliləyəcəyi haqda suallar yaranıb.

Növbəti ünvan kürdlərin əlindəki Menbic, yoxsa ölkənin dərinliklərində yerləşən İŞİD-in “qalası” Raqqa olacaq. Menbicə hücum olarsa bu, kürdlərlə Türkiyə ordusunun toqquşmasına və nəticədə hər iki qüvvənin Menbicdə ilişib qalmasına səbəb ola bilər. Bu səbəbdən də son günlər Menbic deyil, Raqqa mövzusu gündəmə gəlir. Ancaq qeyd etdiyim kimi Raqqa mövzusu ilə bağlı anlaşma olmadığı üçün məsələ necə deyərlər hələlik açıq qalıb. Hər şey yaxın günlərdə Ankara və Vaşinqton arasında anlaşmadan asılı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam