Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Suriyada təhlükəsizlik zonası genişlənir

erdoganTürkiyə Suriyanın şimalında təhlükəsizlik zonasını genişləndirir.

Xeberinfo.com:   Bu barədə “Bloomberg” agentliyi Türkiyə prezidenti Ərdogana istinadla xəbər verir.

“Suriyada “Fərad qalxanı” çərçivəsində keçirilən əməliyyatlarda 900 kv kilometr ərazi hazırda terrorçulardan təmizlənib bu rayon cənuba doğru genişləndirilir”.

Ərdogan bunu, BMT-nin Nyu-Yorkdakı Baş Assambleyasına yollanmazdan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O, təhlükəsizlik zonasının 5 min kv kilometrədək genişləndiriləcəyini bildirib.

Ərdogan həmçinin qeyd edib ki, Suriyanın müxalifət qüvvələri hazırda “İslam Dövləti” qrupunun nəzarətində olan Al-Bab şəhərinə doğru irəliləyirlər: “Carablus və Al-Rai yaraqlılardan təmizlənib, İndi isə Al-Bab şəhərinə doğru irəliləyirik”, deyə Ərdogan vurğulayıb.

Qeyd edək ki, Türkiyə ordusu və onunla müttəfiq olan Suriya üsyançıları avqustun sonunda Suriya ərazisində “İslam Dövləti” qrupuna qarşı “Fərad qalxanı” adlı əməliyyata başlayıblar.

Türkiyə həmçinin bəyan edib ki, məqsəd həm də “İslam Dövləti” qrupu ilə vuruşan digər kürd qruplaşmalarının Tükiyə sərhədinə yaxınlaşmasına imkan verməməkdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam