Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Nə "Taliban"ı dəstəkləyirik, nə də Yəmənə silah göndəririk"

"ABŞ rəsmisinin İranın Yəmənə silah və raket göndərməsi ilə bağlı iddiası həqiqətə uyğun deyil".

Xeberinfo.com:   Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

"Bu kimi iddialar elə bir vaxtda səslənir ki, İran, dünya ictimaiyyəti, vicdanlı insanlar, beynəlxalq təşkilatlar və QHT-lər silah istehsalçısı olan ölkələrin, müharibə alovlandıranların Səudiyyə Ərəbistanına silah satışını tənqid edirlər", - deyə o vurğulayıb.

B. Qasımi, həmçinin "Taliban" sözçüsünün İranın bu qruplaşmanı dəstəkləməsi ilə bağlı iddiasını təkzib edib: "İran İslam Respublikası region ölkələri arasında terror qruplaşmaları ilə mübarizədə həmişə ilk sırada olub və bu qruplaşmalarla mübarizədə indiyədək həm maddi, həm mənəvi baxımdan çoxlu itki verib".

O qeyd edib ki, bu kimi iddialar öncədən hazırlanmış planın tərkib hissəsidir və bu, terror qruplaşmasını dəstəkləyənlərin birbaşa göstərişi ilə baş verir: "Bu kimi iddialar dünya ictimaiyyətində İrana qarşı pis imic formalaşdırmaq məqsədi ilə ortaya atılır. İranın bu terror qruplaşmasını dəstəkləməsi iddiası açıq-aşkar yalandır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam