Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu gün gərginliyin artması nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir” -İran XİN sözçüsü

“Dağlıq Qarabağda qarşıdurma və gərginliyin artması nə bölgə xalqlarının, nə də bizim xeyrimizədir”.

 Yenixeber.org:  Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında APA-nın 2 yaşlı Zəhranın ermənilərin atəşi nəticəsində qətlə yetirilməsi ilə bağlı sualına cavabında deyib.

B. Qasimi xatırladıb ki, İran bu bölgəyə ən yaxın ölkədir: “90-cı illərdə Sovet İttifaqı dağıldıqdan sonra, Qarabağda gərginliyin başlandığı ilk günlərdə,  İran vasitəçi kimi çıxış etdi və bir neçə ay bölgədə sabitliyin yaranmasına çalışdı. Bu gün gərginliyin artması və qarşıdurmaların baş verməsi nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir. Təəssüflər olsun ki, əcnəbi ünsürlər müəyyən vaxtlar bölgədə gərginliyi artırmağa çalışır və ixtilafları dərinləşdirməyə yardım edirlər. Son baş verən hadisələrə görə təəssüflənirik və ümid edirik ki, bölgədə gərginliyin azalmasına və sabitliyin təmin edilməsinə şahid olacağıq. Biz də bunun üçün çalışacağıq”.

 B. Qasimi ümid etdiyini bildirib ki, Minsk qrupu öz öhdəliyini daha ciddi şəkildə yerinə yetirəcək: “Təəssüflər olsun ki, son qarşıdurmalar zamanı iki yaşlı uşaq və digər dinc sakin öldürüldü. Bu, çox ağrılıdır. İranın Azərbaycandakı səfirliyi bu hadisə ilə bağlı ölkəmizin mövqeyini elan edib. Bizim mövqeyimiz aydındır. Biz gərginliyi artıracaq hər hansı addıma qarşıyıq. Ümid edirik ki, tövsiyələrimizə əməl olunacaq. Əgər gərginliyin azalması üçün nəsə edə biləriksə, biz əlbəttə ki, bunu etməyə hazırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam