Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Rus keşişlərin səmada «xaç gedişi»

7

Xeberinfo.com:  Rusiya KİV-ə istinadla xəbərə görə, Rusiyanın Mərkəz hərbi dairəsinin (MHD) hərbçi keşişləri hava-kosmik qüvvələrin Tu-123 UBL təyyarəsində ilk dəfə olaraq səmada «xaç gedişi» ediblər. Uçuşun marşrutu Çelyabinsk vilayəti üzərindən keçib.
«Çelyabinskdə Ali hərbi aviavsiya komanda-şturman məktəbinin bazasında hərbiçi dindarların toplanışı keçirilir. Ağlımıza belə bir ideya gəldi ki, səmada «xaç gedişi» keçirək. TU-123 UBL təyyarəsində 30 keşiş var idi. Onları Çelyabinsk və Zlotoustun mitropoliti Nikodim öz iştirakı ilə dəstəkləyirdi»-deyə, MHD qərargahının dindar hərbçilərlə iş üzrə şöbəsinin rəisi İqor Aqafonov qeyd edib.
Keşişlər özləri ilə təyyarənin göyətrəsinə ikona və «Georgi Pobedonosets»in müqəvvasını götürüblər. «Bu, ilk dəfədir ki, baş verir. Necə ki, hərbçi təbəqənin himayədarı «Georgi Pobedonosets» hesab olunur, biz də özümüzlə onun müqəvvasının bir hissəsini götürdük. Bütün uçuş boyunca ona dualar oxuduq və xahiş etdik ki, bizim hərbçilərin xidməti asan keçsin, biz hamımız sülh şəraitində, xoşbəxt yaşayaq»-deyə, mitropolit Nikodim danışıb və əlavə edib ki, özü də müddətli hərbi xidməti hərbi-hava qüvvələrində keçib.
Qeyri-adi «xaç gedişi» 3,5 min metr hündürlükdə keçib və 2 saata yaxın davam edib.

P.S. Əcəba, bu nə «gediş?» Bəlkə, rusların Suriyaya və İraqa planlaşdırdığı «xaç yürüşü»nün bir start epizodudur? İstisna etmək olmaz…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam