Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kral yandırılacaq, məmurlar 1 il yas tutacaqlar

Tailandda "9-cu Rama" adlandırılan 89 yaşlı kral Phumpion Adulyadetin vəfatından sonra 30 günlük matəm elan olunub. Məmurlar üçünsə matəm 1 il davam edəcək.

Xeberinfo.com:   AsiaOne bildirir ki, kral Phumpion ölkəni 70 il ərzində idarə edib.

Buddist ənənələrinə uyğun olaraq kralın nəşi 3 gün Banqkokdakı Böyük Saray Kompleksində yerləşən məbəddə saxlanacaq və onunla vida mərasimi keçiriləcək. Daha sonra kralın nəşi yandırılacaq.

67 milyon əhalisi olan Tailandda indi əksəriyyət qara geyinib. Matəmə rəğmən dükanlar işləyir.

64 yaşlı varis şahzadə Maha Vatçiralonqkon Mahidol taxta çıxmağa tələsmir.

Ölkə parlamenti dünən fövqəladə iclas keçirərək mərhum kralı ansalar da, varis şahzadənin taxta dəvət olunması ilə bağlı ənənəvi çağırışı səsləndirməyiblər.

Şahzadə isə bəyan edib: "Atamın itkisi məni çox kədərləndirib. Yas başa çatana qədər hakimiyyət barədə qərar verməyəcəyəm".

Hazırda taylar Böyük Saraya axın edir, mərhum kralla vidalaşırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam