Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səudiyyə kralı Ankarada 5 ulduzlu hoteli “bağlatdırdı”

seud kral

 

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl Səudun Ankaraya gəlişi ilə əlaqədar onun administrasiyası 500 lüks avtomobil icarəyə götürüb və Türkiyə paytaxtındakı dəbdəbəli, 5 ulduzlu “Marriott” hotelini tamamilə “bağlatdırıb”.

Xeberinfo.com:   Bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Mehmanxananın yeraltı park ərazisi kralın maşın karvanı üçün kiçik olub.

Kral Əl Səud xarici səfərləri zamanı həm təhlükəsizlik, həm də tənhalığı xoşlamasıyla əlaqədar bütün hoteli rezervasiya etməsiylə məşhurdur. Ankaranın dəbdəbəli rayonunda yerləşən yeni beş ulduzlu hotel prezidentin iqamətgahının və hakim partiyanın mərkəzi ofisinin yaxınlığındadır.

İndi mehmanxana üç gün ərzində yalnız krala və onu müşayiət edən heyətə xidmət edəcək. Hoteldə mövcud olan yüzdən çox nömrə bronlaşdırılıb və xüsusi buraxılış rejimi yaradılıb.

Səudiyyə Ərəbistanı kralı üçün Türkiyəyə qida, paltar, yataq dəstləri və hətta şəxsi gigiyena predmetləri olan bir neçə yük maşını gətirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl Səudun Türkiyəyə səfəri aprelin 11-dən 15-dək davam edəcək. Ankaraya səfərindən sonra kral İstanbula yollanacaq və orada aprelin 14-15-də keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitində iştirak edəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam