Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Danimarka şahzadəsi vəfat etdi- VİDEO - FOTO

Danimarka şahzadəsi vəfat etdi

 

 

Danimarka kraliçası 2-ci Marşretenin əri, 83 yaşlı şahzadə Henrik vəfat edib

 

Yenixeber.org: Danimarka kral sarayının yaydığı açıqlamada deyilir: "Əlahəzrət şahzadə Şenrik gecə saat 23.18-də, Fredensborq Sarayında yuxuda olarkən vəfat edib. Onun yanında kraliça və iki oğlu vardı".

Şahzadə Henrik iki həftə əvvəl Misirdə istirahətdə olarkən özünü pis hiss etmişdi. Tibbi müayinədən sonra Danimarkaya aparılan şahzadə Kopenhagendəki Kral Xəstəxanasında müalicə olunurdu. Müayinələr zamanı onun ağciyərlərində xoşxassəli şiş aşkarlanmışdı.

Onun xəstəliyinin səbəbinin ağciyər infeksiyası olduğu deyilirdi.

Fevralın 13-də xəstəxananı tərk edən şahzadə Fredensborq Sarayına aparılmışdı.

Şahzadə Henrik ötən il bəyan etmişdi ki, arvadının yanında dəfn olunmaq istəyir. Bundan başqa o, son vaxtlar jurnaistlərə deyirdi ki, saraydakı həyatından və titulundan narazıdır. 2015-ci ilin sonlarında o, şahzadə Henrik təqaüdə çıxandan sonra titulundan imtina etmişdi.

Bu açıqlamadan dərhal sonra kral sarayı tələsik bəyan etmişdi ki, şahzadə Henrik inkişaf edən demensiyadan əziyyət çəkir.

2017-ci ildə kraliça 2-ci Marqrete və şahzadə Henrik nikahlarının 50 illiyini, "qızıl toy"u qeyd etmişdilər.

Şahzadə Henrik əvvəllər fransız diplomat, qraf Anri de Labord de Monpeza idi. O, kraliça 2-ci Marqrete ilə 1967-ci ildə evlənəndə adını dəyişərək şahzadə Henrik olmuşdu.

Kraliça 2-ci Marqretenin 77 yaşı var.

Dünən Kopenhagendəki Fredensborq Sarayının önündə mərhum şahzadə ilə vidalaşma mərasimi olub. Başsağlıqlarını kraliça 2-ci Marqrete, onun oğulları Frederik və Yoahim, hakim ailənin mənsubları qəbul ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam