Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Avropa İttifaqında böhran dalğası -

avropa ittifaqi 28

Avropa İttifaqını (Aİ) yeni maliyyə böhranı dalğası gözləyir.

Yenixeber.org:  Bu barədə Danimarka «Saxo Bank»-ın baş valyuta strateqi Con Hardi «Lenta.ru»-ya danışıb.

«Aİ-da dəyişikliklər çoxdan yetişirdi. İndiki vəziyyətdə böhran qaçılmazdır» – Con Hardi belə hesab edir. Onun fikrincə, əgər hər şey dəyişmədən saxlanarsa, «Brexit» yolunu seçəcək yeni ölkələr meydana çıxa bilər.

İlk namizəd – İtaliyadır. «Bu ölkənin iqtisadiyyatı sadəcə, boy atmır və onun böyük borcu var. İtaliyada struktur islahatı qaçılmazdır» – analitik qeyd edib.

Hardi deyib ki, İspaniya və Portuqaliyada da problemlər müşahidə olunur, ancaq bu ölkələrin hökumətləri hələlik problemlərin öhdəsindən gələ bilirlər.

«Ən pis vəziyyət Yunanıstandadır. Bu ölkə heç vaxt özünün borc öhdəlikləri ilə hesablaşa bilməyəcək. Nəhayət, belə vəziyyət kollapsa və sosial partlayışa gətirib çıxaracaq. Doğrudur, bu, ümumavropa iqtisadiyyatına İtaliya böhranı qədər təsir göstərməyəcək» – deyə, ekspert ehtimal edir

Martın 27-də «Bloomberq» tərəfindən rəyi soruşulmuş analitiklər Fransada keçiriləcək prezident seçkilərində «Milli cəbhə»-nin namizədi Marin Le Penin qələbə çalacağı təqdirdə, dollarla avronun məzənnəsinin bərabərləşəcəyini proqnoz ediblər. Həmin tarixdə vahid Avropa valyutası 1,086 dollara ekvivalent olub.

Həmin gün Le Pen bəyan edib ki, Aİ yox olacaq: «Aİ öləcək, çünki insanlar artıq onu istəmirlər. Özündən razı və hegemonçu imperiyalar məhvə məhkumdurlar. Qlobalçılara qalib gəlməyin vaxtı çatıb».

Seçkilərdə qalib gələcəyi təqdirdə, Le Pen Fransanın avrodan imtina etməsi üçün referendum keçirilməsini planlayır. O, hesab edir ki, ölkənin iştisadiyyatı bundan udacaq. Bundan başqa o, Yunanıstanı, İspaniyanı və İtaliyanı da vahid valyutadan imtina etməyə çağırır.

Göründüyü kimi, Rusiya Prezidenti Vladimir Putin kifayət qədər obyektivliklə deyib: «Avropa çat verir…».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam