Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ məhbusların böyük hissəsini transfer edir

Guantanamo Bay: ABŞ məhbusların böyük hissəsini transfer edir

 

  Sonuncu transferdən sonra həbsxanadakı məhbusların sayı 61-ə enib.

 

 

   "Xeberinfo.com": ABŞ bəyan edir ki, Guantanamo Bay həbsxanasındakı 15 məhbus Birləşmiş Ərəb Əmirliklərinə göndərilib ki, bu da Barack Obamanın prezidentliyi dövründə ən böyük transferdir.
Pentaqon deyir ki, 12 yəmənli və 3 əfqanın transfer olunması həbsxanadakı məhbusların ümumi sayını 61-ə endirib.
Məhbusların çoxu hər hansı məhkəmə olmadan 10 ildən çox həbs cəzası alıb.
Prezident Obama istəyir ki, vəzifəsindən getməzdən əvvəl həbsxananı bağlasın.
Ağ Ev həbsxanada qalan digər məhbusları ABŞ-a transfer etmək istəyir, lakin Konqres bununla razılaşmır.
Bazar ertəsi yayılan məlumatda Pentaqon deyir: "ABŞ hakimiyyəti humanist jestinə və Guantanamo Bay həbsxanasını bağlamaq istəyini dəstəklədiyinə görə Birləşmiş Ərəb Əmirlikləri hökumətinə təşəkkür edir."
Aprel ayında 9 yəmənli məhbus Səudiyyə Ərərbistanına göndərilib.
Guantanamo Bay həbsxanası Kubanın cənub-şərqindəki ABŞ dəniz bazasında yerləşir.
2001-ci ildə ABŞ-da baş verən hücumdan sonra sabiq prezident George W Bush terrorda şübhəli bilinən əcnəbiləri yerləşdirmək üçün bu həbsxananı açmışdı.
İllik xərci 445 milyon dollara başa gələn həbsxanada 700-dən çox məhbus saxlanılıb.
Fevral ayında Ağ Ev həbsxananı bağlamaq üçün Konqresə plan təqdim edib

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam