Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müdafiə naziri istefa verdi

 

tina

 

Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli özünün istəyi ilə tutduğu vəzifədən uzaqlaşması barədə ölkənin baş nazirinə müraciət ünvanlayıb.
Xeberinfo.com:   Məlumata görə, o, müraciətində avqustun 1-dən etibarən vəsifəsindən azad olunmağını xahiş edib.

Bu barədə Müdafiə Nazirliyinin KİV-lə Əlaqələr Xidmətinin rəhbəri Tamuna Kaçitadze məlumat verib. Hökumət başçısının müraciətə münasibəti barədə hələlik informasiya verilmir.
Tinatin Xidaşeli bir müddət əvvələ qədər hakim “Gürcü arzusu” koalisiyasının tərkibində olan Respublikaçılar Partiyasının üzvüdür. Onun nazir vəzifəsindən uzaqlaşacağı halda fəaliyyət istiqamətinin nədən ibarət olacağı, payızda keçiriləcək parlament seçkilərində namizəd qismində iştirak edib etməyəcəyi məlum deyil.
Tinatin Xidaşelinin vəzifəsindən kənarlaşdırlacağı ilə bağlı fikirlər ötən ayın sonlarında xanım nazirin ölkədə məcburi hərbi xidmətin ləğv olunması ilə bağlı sərəncam imzalamasından sonra meydana gəlmişdi. T.Xidaşelinin hökumət, parlament və prezidentlə məsləhətləşmələr aparmadan belə bir qərar verməsi ölkə rəhbərliyinin narazılığı ilə qarşılanmışdı.
Xatırladaq ki, Gürcüstan tarixində ilk xanım müdafiə naziri olan Tinatin Xidaşeli 2015-ci il mayın 1-də prezident Giorgi Marqvelaşvili tərəfindən bu vəzifəyə təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam