Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə əməliyyat: 19 terrorçu öldürüldü

Türkiyədə əməliyyat: 19 terrorçu öldürüldü

 

 

Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyatlar zaman 19 nəfər öldürülüb.
Xeberinfo.com:   Məlumata görə, anti-terror əməliyyatları Şırnak, Mardin və Hakkari şəhərlərində keçirilib.
Əməliyyatın bu gün səhər saatlarından başladığı bildirilir. Həmçinin Hakkari şəhərinin Yüksəkova qəsəbəsindən ardıcıl silah səsləri eşidilib. Yerli sakinlərin verdiyi məlumata görə, gecə saatlarında bəzi hallarda artleriya silahlarından da atəş açılıb. Əməliyyatlardan sonra küçələrdən tüstülər yüksəlib.
Türkiyə Silahlı Qüvvələrinin ötən gün verdiyi açıqlamada bildirmişdi ki, bir neçə gün ərzində 145 PKK terroçusu öldürülüb.
 
Bir neçə gün əvvəl ordunun keçirdiyi əməliyyatlar nəticəsində PKK terror təşkilatının qondarma Amanoslar üzrə məsul şəxsi “Məzlum Palu” kod adlı İ.D. adlı terrorçu təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Əməliyyatlar Hatay şəhərində keçirilmişdi.
Terrorçular keçirilən əməliyyatlara baxmayaraq ölkədə qeyri – sabit vəziyyət davam edir. Aprelin 2-də keçirilən anti –terror əməliyyatları nəticəsində 6 hərbçi şəhid düşüb. Məlumata görə, PKK terror təşkilatı üzvləri tələ kimi hazırladıqları bombanı partladıblar.
Nəticədə 6 nəfər ölüb ki, onlardan da biri polisdir.  Partlayış təhlükəsizlik qüvvələri əməliyyat keçirilən bir binaya girən zaman baş verib. Bomba uzaqdan idarəetmə ilə partladılıb. 
Türkiyənin şərq rayonlarında antiterror əməliyyatları bir neçə ay öncə başlayıb. Silahlı toqquşmaların ən çox yaşandığı yerlərdən biri də məhz Nusaybindir. Burada mart ayının 14-dən komendat saatı elan edilib. Günlərlə davam edən əməliyyatlardan sonra təhlükəsizlik qüvvələri şəhərin mərkəzində açılan xəndəkləri bağlamağa, barikadaları yığışdırmağa başlayıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam