Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

PKK-ya aid 3 mağara və 16 yeraltı sığınacaq aşkarlanıb - FOTOLAR

 

78

Türkiyənin Diyarbəkir şəhərinin Lice rayonunda PKK terror təşkilatına məxsus 3 mağara və 16 yeraltı sığınacaq aşkar edilib. 

Xeberinfo.com:    “Habertürk”ə istinadən məlumata görə, Türkiyə Silahlı Qüvvələri və polis əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində əldəqayırma partlayıcı qurğular, həmin partlayıcı qurğuların hazırlanmasında istifadə edilən müxtəlif çəkili qaz balonları və digər ləvazimatlar, minaatanlar, minalar, pulemyotlar, tapançalar, tüfənglər, qumbaralar, Molotov kokteylləri, ratsiyalar, ərzaqlar, dərmanlar, su çəlləkləri, paltarlar (bəzi paltarlar açıq sahələrdə torpağa basdırılıb – “Report”), narkotik maddələr, kitablar, bayraqlar, simvollar və s. müsadirə olunub.

Məlumata görə, sığınacaqlardan birinin sahəsi 250 kvadratmetrdir. Burada 4 otaq, mətbəx, hamam var. Ümumiyyətlə, sığınacaqlarda terrorçuların təlim keçmələri, “təhsil” almaları və s. üçün hər cür şərait yaradılıb. Hətta bəzi sığınacaqlar əkin tarlalarının yaxınlığında yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam