Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İstanbulda daha 11 xarici həbs edildi

İstanbulda keçirilən yeni reydlərdə daha 11 xaricinin saxlandığı bildirilir.

Xeberinfo.com:   Onlar “İslam dövləti” qrupu və İstanbul hava limanında partlayış törədən intiharçılarla əlbir olmaqda şübhəli bilinirlər.

Məlumatı “Habertürk” televiziya kanalı yayıb.

Ümumilikdə isə həbs olunanların sayı 24 nəfərdir.

13 nəfər bundan əvvəl saxlanıb.

Türkiyə hökuməti partlayışı törədənlərdən birinin əslən Dağıstandan olan Rusiya, digərlərinin isə Özbəkistan və Qırğızıstan vətəndaşları olduqlarını bəyan edib.

Əslən Dağıstandan olan Rusiya vətəndaşı partlayşdan əvvəl polisi liftin qarşısında güllələyib.

Bundan sonra onlar hava limanında əvvəlcə atəş açıb, sonra isə özlərini partladıblar.

Türkiyə mətbuatının yazdığına görə, hücumu əslən çeçen olan Ahmed Çatayev təşkil edib.

Onun 2013-cü ildən “İslam dövləti qrupuuna qoşulduğu bildirilir.

İyunun 28-də İstanbul hava limanında törədilən 3 partlayışda 44 nəfər ölüb 230-dan çox adam yaralanıb. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam