Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bakı və Yerevan Rusiyanın niyyətinə şübhə ilə yanaşır”

eed7b468-765c-4687-8416-a5f64c639191_292“Rusiyanın yüksək çinli məmurları məsələyə müdaxilə edib, aprelin 5-də atəşkəs elan olunmasına nail oldu. Lakin ondan sonra çox az iş görülüb”.

 

Xeberinfo.com:   “Report” “Politico.eu” portalına istinadən xəbər verir ki, bu barədə politoloq, Qafqaz üzrə mütəxəssis Tomas de Vaalın məqaləsində deyilir.
Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xəttində aprel hadisələri zamanı Rusiyanın vasitəçiliyini şərh edən politoloq məqaləsində yazır: “Rusiya hər iki tərəfə silah satır. Azərbaycan aldığı silahların təxminən 85%-ni məhz elə Rusiyadan əldə edir. Hərçənd Rusiyanın Ermənistanla hərbi ittifaqa dair sazişi var. Bu balans oyunu Rusiyanın Qarabağda gündəmi müəyyən etməyə qadir olmadığı anlamına gəlir”.
Onun sözlərinə görə, Bakı və Yerevan Rusiyanın niyyətinə şübhə ilə yanaşır. Politoloq qeyd edib ki, Rusiyanın münaqişə məkanında hərbi mövcudluğu olmadığından və sülh danışıqları prosesində monopoliyaya sahib olmadığından tərəflər Rusiyanın planlarının qarşısını ala bilər.
“Ona görə də hər şeyin pis gedəcəyi təqdirdə Rusiyanın problemləri həll edə biləcəyi fikri doğru deyil. Sülh danışıqları prosesində irəliləyiş əldə olunmayınca Bakıda Formula-1 yarışı başa çatandan sonra yeni döyüşlərin alovlanması ehtimalı var”, – deyə Tomas de Vaal bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam