Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

NATO müdafiə planı hazırlayacaq

 

“NATO üzvləri qarşıdan gələn Varşava sammitində Rusiya ilə əlaqədar yüksək səviyyəli siyasi strategiya hazırlamalıdır”.

 

Xeberinfo.com:   Məlumata görə, bu barədə NATO hərbi komitəsinin sədri, general Pyotr Pavel “Le Monde” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiyanın avtoritar və aqressiv fəaliyyəti alyans üçün terrorizmə bərabər səviyyədə təhdid törədir: “Hadisələrin istənilən formada gedişinə hazır olmalıyıq. Hərbçilərimizi Ukraynanın şərqində gördüyümüz hadisələrə analoji ssenarilər əsasında hazırlayırıq. Baltikyanı ölkələr isə bu təhdidlərlə üz-üzə gələ biləcək ilk ölkələrdir. Biz yekun versiyası Varşavada sammitində qəbul ediləcək regionun müdafiə planını hazırlayırıq. Ardınca isə Rusiya ilə həmsərhəd olan digər regionlar üçün müdafiə planları üzərində çalışacağıq”.
Bununla yanaşı, çexiyalı general Rusiyanın NATO ilə toqquşmaq istəklərinin inandırıcı olmadığını qeyd edib: “Rusiya ilə silahlanma yarışına girmək lazım deyil. Rusiya anlamalıdır ki, NATO alyansın bu hissəsində (Şərqi Avropa və Baltikyanı) onun aqressiv fəaliyyətinə imkan verməyəcək”.
P. Pavel Krımla bağlı hadisələrdən sonra Rusiyanın NATO ilə birbaşa danışıqlara can atmadığını da diqqətə çatdırıb: “Praktiki olaraq, general Valeri Gerasimovla (Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi) danışığımız olmayıb. Halbuki mən azı 4 dəfə buna cəhd etmişəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam