Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qərbdən Rusiyaya yeni zərbə

 

 

 

Üç həftəlik sakitlikdən sonra Rusiya səhm bazarı kütləvi satışla yadda qalıb


   "xeberinfo.com": Analitiklər bunu Ukraynadan, xüsusilə də bu ölkənin cənub-şərqi regionlarından gələn xəbərlərlə bağlayırlar. Bazar günü bu regionlarda indiki Ukrayna hakimiyyətinə qarşı kütləvi mitinqlər keçirilib, bir sıra inzibati binalar tutulub. Həmçinin Donetsk vilayətinin xalq soveti mayın 11-də Donetsk xalq respublikasının yaradılması ilə bağlı referendum təyin edib. 

Saat 15.30-da MMVB indeksi 3,3 faiz, RTS indeksi isə 4,5 faiz düşüb. Ən çox FSK səhmləri (8,7 faiz) düşüb. Saat 16:40-da isə MMVB indeksi 3,1%, RTS indeksi isə 4,3% azalıb. 

Səhmlərin azalması isə aşağıdakı kimi olub: "FSK EES" - 9,5%, "Rostelekom" - 5,7%, "İnter RAO EES"- 5,5%, "Rossiyskiye seti" - 5,2%, "Sberbank Rossii" - 4,5%, "Qazprom neft"- 3,7%, VTB - 3,7%, "Qazprom" - 3,7%, "LUKOYL" - 3,1%, "Maqnit" - 3,1%, "Severstal" - 2,2%, "Surqutnefteqaz" - 2,1%, "Tatneft" - 1,5%, "Nornikel" - 1,1%, "Rosneft" - 0,9%. 

Dünya bazarında Rusiyanın əsas gəlir qaynaqlarından olan neftin qiyməti də ucuzlaşmağa başlayıb. Günorta saatlarında London birjasında “Brent” nefti 0,76% ucuzlaşaraq 105,82 dollar/barrelə düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam