Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İsveçrədə Ermənistanın işğalçı siyasətinə qarşı aksiya keçirildi – FOTOLAR

 

137509_res_01

Bu gün Bern şəhərinin Helvetia meydanında İsveçrədə yaşayan Azərbaycan və türk diasporunun nümayəndələrinin, o cümlədən tələbələrin iştirakı ilə Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən davam edən işğalına etiraz əlaməti olaraq aksiya keçirilib.
Xeberinfo.com:   Əvvəlcə erməni işğalçıları ilə döyüşdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi anılıb, onların Vətən uğrunda canlarından keçməsinin təkcə Azərbaycanda deyil, həm də xaricdə yaşayan həmvətənlərimiz üçün bir qəhrəmanlıq məktəbi olduğu bəyan edilib.
Daha sonra etiraz aksiyasının iştirakçıları Azərbaycan bayraqlarını dalğalandırıb, transparantlar qaldırıb, “Mülki vətəndaşları hədəfə almağı dayandırın!”, “Dağlıq Qarabağın işğalından əl çəkin!”, “Xocalıya ədalət!” kimi şüarlar səsləndiriblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, bu aksiya Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qoşunların təmas xəttində erməni silahlılarının təxribat hücumu nəticəsində görünməmiş səviyyədə zorakılığın baş verməsi, Azərbaycan hərbçilərinin və mülki vətəndaşların həlak olmasına etirazdır.
Eyni zamanda, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğalına dünya birliyinin biganəliyi tənqid olunub, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq qurumların qətnamələrinə uyğun olaraq dərhal çıxarılması tələb olunub. Bundan əlavə, çıxışlarda ordumuzun qəhrəman əsgərlərinin təmas xəttinə yaxın yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bir neçə mühüm məntəqəni ələ keçirməsinin Azərbaycan Ordusunun qalibiyyət əzmindən xəbər verdiyi vurğulanıb, lazım olduğu təqdirdə İsveçrədə yaşayan hər bir azərbaycanlının Vətən torpaqlarını azad etmək üçün canından keçməyə hazır olduğu bildirilib. (AzərTAc)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam