Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan ordusunda istefalar başladı

 

 

Dağlıq Qarabağda uğursuzluqdan sonra Ermənistanda həm ordu, həm də digər strukturlarda istefalar başlayıb. 

Xeberinfo.com:  Bu haqda Ermənistanın “168 jam” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, Ermənistan ordusunda generallar və yüksək vəzifəli şəxslər istefaya göndərilir: “Hakimiyyət istefaları maksimum dərəcədə gizli saxlamağa çalışır”. 

Qəzet qeyd edir ki, Ermənistan diplomatiyası da ordunun uğursuzluğunu daban-dabana izləyir.

“Diplomatik mənbələr xarici işlər naziri Eduard Nalbandyanın vəziyyətinin yaxşı olmadığını deyirlər. Halbuki, bir müddət öncə onun 2017-ci ildən sonra prezident olacağı gözlənilirdi. Lakin Nalbandyan AŞPA-da Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamə ilə ilk zəifliyini göstərdi. O, bu qətnaməni “kağız parçası” elan etsə də, reallıqda Azərbaycan bu qətnaməyə istinadən edərək həmin ərazilərə nəzarəti ələ keçirə bilər. Ardınca Qarabağdakı döyüşlərdə Nalbandyan diplomat kimi heç nəyə yaramadığını sübut etdi”, - deyə qəzet yazıb. (Publika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam