Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ermənistan region üçün ciddi təhlükədir"

Ermənistan region üçün ciddi təhlükədir

Ermənistanın aqressiv hərəkətləri insan ölümlərinin sayının artması baxımından və regionun təhlükəsizliyi üçün ciddi risklər yaradır 

Xeberinfo.com:  Məlumata görə, Türkiyənin keçmiş prezidenti Abdullah Gül "Hürriyyet Dailey" nəşrindəki məqaləsində belə yazıb.

"Azərbaycanın Dağlıq Qarabağ regionunun davam edən işğalı Qafqazda sülh və firavanlığa ziyan vurur. Son günlərdə Ermənistanın təcavüzkar hərəkətlərinin səbəb olduğu hadisələr Dağlıq Qarabağ münaqişəsində həlak olanların sayının artmasıyla nəticələnib. Bu həm də təhlükəsizlik üçün böyük risklər yaradır" - A.Gül yazıb.
Sabiq prezident qardaş Azərbaycan xalqı və şəhidlərin yaxınlarına başsağlığı verib, yaralılara ən qısa zamanda tam sağalmalarını arzulayıb.
Onun fikrincə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi tamamilə yolverilməzdir.

"Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir", - müəllif qeyd edib.
A.Gül tərəflərin atəşkəslə bağlı razılığını alqışlayaraq, bunu müsbət addım kimi qiymətləndirib: "Ancaq yuxarıda qeyd etdiyim işğal başa çatmayınca və Ermənistan təcavüzkar hərəkətlərindən əl çəkməyincə bu cür qarşıdurma riskləri qalacaq. Bu qanunsuz işğal bitməyincə Türkiyə qardaş ölkə kimi Azərbaycana dəstək verməyə davam edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam