Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ermənistanın təcavüzkar siyasəti irimiqyaslı layihələrə ən böyük təhlükədir"

 

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotıqa ilə görüşüb.

Xeberinfo.com:   Müdafiə Nazirliyindən veriləm məlumata görə, cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən təxribatları, Azəbaycanın mülki əhalisinə və obyektlərinə qarşı ağır silahlardan, o cümlədən beynəlxalq konvensiyalarla qadağan olunan sursatlardan istifadə edilməsi faktlarını qonağın diqqətinə çatdırıb. Müdafiə naziri beynəlxalq birlik, o cümlədən Avropa təsisatları tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq müddətdə erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qaldığını da bir daha xatırladıb.

"Ermənistanın yürütdüyü təcavüzkar siyasət Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı iqtisadi layihələrə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Beynəlxalq qurumlar və ictimaiyyət ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün nəhayət ki, mütləq surətdə səylərini artırmalıdırlar", - deyə nazir bildirib..

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb.

Sülhməramlı əməliyyatlara verdiyi töhfəyə, Əfqanıstandakı missiyanın peşəkar səviyyədə icra olunmasına görə Azərbaycana dərin minnətdarlığını ifadə edən A.Fotıqa ölkəmizin terrorizmə qarşı mübarizədə fəallığını da yüksək qiymətləndirib.

Avropanın enerji təminatı baxımından vacib olan Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə Azərbaycanın önəm verdiyini vurğulayan qonaq ölkəmizin ciddi və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam