Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Bura sizin ölkəniz deyil, bura Türkiyədir”

600@0 (1)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü iki tanınmış jurnalistin məhkəməsinə qatılmış xarici diplomatları kəskin tənqid atəşinə tutub.
Xeberinfo.com:  Azadliq.org-un məlumatına görə, prezident deyib ki, Türkiyədə çalışan xarici diplomatların davranışı onların diplomatik protokolundan kənardır.
“İstanbuldakı baş konsullar məhkəməyə gediblər. Siz kimsiniz axı? Sizin orada nə işiniz vardı? Bura sizin ölkəniz deyil, bura Türkiyədir”, – deyə prezident vurğulayıb.
“Siz yalnız konsulluğunuzun binasında və ərazisində sərbəst hərəkət edə bilərsiniz. Başqa yerlərdə xüsusi icazə almalısınız”, – Ərdoğan xatırladıb.

Xatırladaq ki, “Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara bürosunun rəhbəri Erdem Gülün işi üzrə ilk məhkəmə dinləməsi cümə günü keçirilməli idi. Onları casusluqda ittiham edirlər.
Birinci dinləməyə çox sayda jurnalist, fəal, alim və əcnəbi diplomatların toplaşdığına görə məhkəmə dinləməsi aprelin 1-dək təxirə salınıb və növbəti dinləmənin bağlı qapılar arxasında keçiriləcəyi bəyan edilib.
Bu iki jurnalistə qarşı ittihamın müəlliflərindən biri də rəsmən Ərdoğanın özüdür. Onlar ötən ilin may ayında Türkiyə hökumətinin Suriyadakı islamçı qüvvələrlə bağlılığını iddia edən reportaj hazırlamışdılar.
Reuters agentliyi xəbər verir ki, hökumətyönlü qəzetlər diplomatların dinləməyə gəlişini “səlib müdaxiləsi”, “konsullar mühasirəsi” adlandırıb.
Onu da qeyd edək ki, bu işdə şəxsən şikayətçi olan prezident jurnalistləri Türkliyənin qlobal mövqeyini sarsıtmaqda ittiham edir. O Dündara “çox ağır cəza” vədi verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam