Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qərb kəşfiyyatı: Rusiyanın Suriyada müharibə planı baş tutmayıb

312aaa265a1876702dc3255aa3c9c7cb

Qərb kəşfiyyatı Rusiyanın Suriyada “blitskriq” (ildırım sürətli müharibə) planının baş tutmadığını bildirib.

Xebenfo.com:  APA-nın xəbərinə görə, bu barədə “Financial Times” qəzetinə Avropa xüsusi xidmət orqanlarındakı mənbə bildirilib. Adının çəkilməsini istəməyən mənbə deyib ki, Rusiyanın ilkin planı sürətli hərbi kampaniya keçirərək Əsədin itirilmiş əraziləri qaytarmasına yardımçı olmaqdan ibarət idi.
Plan belə olub ki, sürətli hərbi kampaniya ilə bir neçə ay ərzində Əsəd qüvvələrinin Türkiyə sərhədinə qədər olan əraziləri ələ keçirməsinə, Hələb üzərində nəzarəti tam bərpa etməsinə kömək edilsin. Eyni zamanda, mötədil müxalifətin o həddə qədər zəiflədilməsi nəzərdə tutulubmuş ki, ABŞ onlara dəstəkdən imtina etmək və İŞİD-ə qarşı mübarizədə Rusiya ilə bərabər iştirak etmək məcburiyyətində qalsın.
Lakin müxaliflərin gözləniləndən daha güclü müqavimət göstərməsi, Türkiyə ilə qarşıdurmanın yaranması, İranın hərbi təsirinin güclənməsi və neftin qiymətlərinin uzun müddət 40 dollar civarında qalacağının bəlli olması Rusiyanın bu hərbi ekspedisiyada imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin martın 14-də Suriyadakı əsas qüvvələrin çıxarılması barədə əmr verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam