Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Medvedevdən üçüncü dünya müharibəsi xəbərdarlığı

medvedev-xeberdarliqEkspertlərə görə, bu açıqlama da Rusiyanın müxtəlif rəsmi şəxslərinin bu vaxta qədər tez-tez istifadə etdiyi bleflərdən biridir

Xeberinfo.com:    “ABŞ, Rusiya və Türkiyə dünya savaşının qarşısını almalıdır”. Bunu Rusiyanın baş naziri Dmitri Medvedev deyib. O, Suriyada başlaya biləcək quru əməliyyatlarının dünya müharibəsinə dəvətnamə olduğunu bildirib.

Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan 52-ci Təhlükəsizlik Konfransından öncə açıqlama verən baş nazir Səudiyyə Ərəbistanının Suriyada əməliyyatlar keçirməsi planları haqda danışıb. “Handelsblatt” qəzetinə açıqlama verən nazir deyib ki, əgər bu ölkə Suriyaya qurudan girsə, avtomatik olaraq bölgədəki digər ölkələr də bu əməliyyatlarda iştirak edəcəklər.

“Amerikalı və ərəb müttəfiqlərimiz yaxşı düşünməlidirlər. Uzunmüddətli bir savaş istəyirlərmi? Belə bir savaşı sürətli şəkildə qazana biləcəklərini düşünürlər? Belə bir hal xüsusilə ərəb dünyasında imkansızdır. Orada hamı bir-birinə qarşı savaşır. Suriyada yaranacaq müharibə heç kimin faydasına olmayacaq. Buna görə də ABŞ və Rusiya, hətta

Türkiyənin də tədbiq etdiyi sərt addımlarla tərəflər danışıq masasına oturmalıdırlar. Düşünürəm ki, heç kim üçüncü dünya müharibəsini istəmir”.

Medvedev deyib ki, Suriyada təkbaşına hərəkət edəcək bir güc yoxdur. Orada bir tərəfdə Əsəd və əsgərləri, digər tərəfdə hökumətə qarşı savaşan hər hansı qüvvə var. Rusiyalı rəsmi hər şey çox qarışıq olduğunu deyib. “Bu, illər, hətta on illərlə davam edə bilər. Yeni bir dünya savaşına səbəb verməkdənsə, bütün tərəflərin müzakirə masasında yer almaları məcburi olmalıdır”.

Qeyd edək ki, Suriyada IŞID terror qruplaşmasına qarşı quruda döyüş əməliyyatı aparmaq üçün Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Bəhreyn, BƏƏ və Qətər hərbçiləri göndəriləcək. Islam ölkələrinin hökumətlərarası hərbi ittifaqı bu məqsədlə 150 min hərbçini səfərbər edir.

Dmitri Medvedev Avropanın mühacir probleminə də toxunub. O deyib ki, Avropanın miqrant siyasəti tamamilə uğursuzdur. “Hər şey dəhşətlidir” (“Anspress”).

Ekspertlərin fikrincə, Medvedevin son açıqlamasında dünya müharibəsinə işarə vurması Rusiyanın müxtəlif rəsmi şəxslərinin bu vaxta qədər tez-tez istifadə etdiyi bleflərdən biridir. Məlum olduğu kimi son günlərdə müxtəlif ölkələrin hərbi əməliyyatlar aparmaq məqsədilə Suriyaya girmək haqqında bəyanatları yayılır. Belə olacağı halda Rusiyanın Suriyadakı planlarına ciddi problemlər yarana bilər. Məhz buna görə də Rusiyanın baş naziri dünyanı böyük müharibə ilə təhdid etməklə prosesin qarşısını almağa çalışır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam