Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran Türkiyəyə 1 milyard dollar ödəməlidir

Beynəlxalq Arbitraj Məhkəməsinin qərarına əsasən, İran 2011-2015-ci illərdə Türkiyəyə satdığı təbii qazın qiymətini 10-15 faiz aşağı salmalı və buna görə də, yaranmış 1 milyard dollarlıq fərqi kompensasiya şəklində Ankaraya ödəməlidir.

Xeberinfo.com:  “RİA Novosti” agentliyinin məlumatına əsasən xəbərə görə, bunu bu gün İranın neft nazirinin müavini Həmid Reza Araki deyib.

Qərarda deyilir ki, İran Türkiyəyə baha qiymətə satdığı qaza görə aldığı pulun bir qismini geri qaytarmalıdır.

“Məhkəmənin qərarından şikayət verilə bilməz, lakin İranın ödəyəcəyi məbləğ hələ ki dəqiq müəyyənləşdirilməyib”, - Araki “Tasnim” agentliyinə müsahibəsində belə deyib. Onun sözlərinə əsasən, məbləğ təxminən 1 milyard dolara yaxın olacaq. Kompensasiyanın ödənilməsi qaydası isə tərəflər arasında aparılacaq danışıqlarda müəyyən ediləcək.

Türkiyə və İran ikitərəfli danışıqlar yolu ilə qazın qiyməti məsələsini həll etməyə çalışsalar da, bu, mümkün olmamışdı və bu səbəbdən, Türkiyə 2012-ci ildə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi.

Türkiyə üçün İran idxal edilən qazın həcminə görə Rusiyadan sonra ikinci yeri tutur. İrandan Türkiyəyə il ərzində 10 milyard kub metr qaz ixrac edilir. İran qazının qiyməti rəsmi olaraq açıqlanmır. Bəzi mənbələrə görə, Türkiyə İrana hər 1000 kub metr qaza görə 490 dollar ödəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam