Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Müsəlmanlara hücum etdilər, Quranı yandırdılar

 

Fransada müsəlmanlara hücum olub.

Xeberinfo.com:   Məlumata görə, Fransanın Korsika adasında yerləşən məscidə bir qrup insan hücum edib. Hadisənin adadakı yanğınsöndürənlərə edilən təcavüzə cavab olaraq edildiyi güman edilir. 

Xarici KİV-lərin yaydığı məlumatlara görə, bir qrup nümayişçilər məsciddə olan Quranı da yandırmağa cəhd ediblər. Hadisə yerinə polis əməkadaşları cəlb olunub. Onlar hücumun qarşısını alıblar və iki yanğınsöndürən, bir polisin yaranlandığına etiraz aksiyasını təşkil edənlərin cəzalandırılacağını söyləyiblər. 


Fransa, Korsika adası

Məsciddən sonra aksiya iştirakçılarının bir qismi paytaxtda yerləşən yanğınsöndürənlərin yaralandığı məhəlləyə doğru yürüşə başlayıblar. "Ərəblər bayıra", "Bura bizim evimizdir" kimi şüarlar səsləndirən etirazçıların hirsi soyumayıb. Onlar yenidən məscidə gedərək, içərisində Quranın da olduğu bir neçə kitabı yandırıblar. 

Fransanın baş naziri Manuel Valls təcavüzünün "mesəlmanlara qarşı qəbul edilməz bir hücum" olduğunu söyləyib. Fransız mediasında yayılan məlumatlara görə, mesəlmanlar bəzi maskalı gənclərin hücumuna məruz qalıblar.


Manuel Valls - Fransanın baş naziri


Fransanın daxili işlər naziri Bernard Cazeneuv hər iki hücumda cinayətkarların həbs olunacağını deyib. Nazir, həmçinin, Fransada "irqçilik və əcnəbi düşmənçiliyinin" yeri olmadığını da qeyd edib.


Bernard Cazeneuv - Fransanın Daxili İşlər naziri


Fransada analoji hal ötən ayın 17-də də olub. Belə ki, Fransada baş verən terror hadisəsindən sonra burada yaşayan müsəlmanlara hücum olub. Terror hadisəsində 129 nəfərin ölməsində günahı fransızlar müsəlmanlarda gördükləri üçün bir çox yerlərdə onlara qarşı etirazlar keçirilib, hətta, müsəlmanların ölkədən getməsini istəyiblər.


Fransada keçirilən etiraz aksiyası


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam