Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Gəncə Baş Polis İdarəsi “İmamzadə” Ziyarətgah Kompleksində yaşanan insidentə aydınlıq gətirib

 

Aşura mərasimi ilə əlaqədar Gəncə şəhərindəki “İmamzadə” Ziyarətgah Kompleksinə gələcək vətəndaşlarımızın təhlükəsizliyini və eləcə də onların məscidə maneəsiz giriş-çıxışını, rahat şəraitdə öz dini ayinlərini yerinə yetirmələrini təmin etmək məqsədilə şəhər axundunun təklifi və razılığına, eləcə də şəhərin Baş Polis İdarəsində əvvəlcədən hazırlanmış “Tədbirlər Planı”na uyğun olaraq əlverişli hərəkət marşrutları müəyyən edilib, qadın və kişilərin fərqli girişlərdən istifadə etməklə ayrı-ayrılıqda ibadət  etmələri qərara  alınıb.

 

Yenixeber.org: Gəncə Baş Polis İdarəsindən verilən məlumata görə, bu barədə ərazidə xidmət aparan polis əməkdaşları da təlimatlandırılıb.

 

Mərasimlə əlaqədar məscidə gələn insanlar tətbiq edilən qaydalara tam uyğun olaraq orada  öz dini ayinlərini icra ediblər. Lakin sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların coxluğundan əsəbiləşən bir qrup, nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstəriblər. Nəticədə, insanların hərəkəti qısa müddətli olsa da çətinləşib, xüsusən qadınlar üçün ayrılmış giriş-çıxışlarda çətinlik yaranıb. Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət ediblər. Bu zaman qayda pozanlarla polislər arasında insident yaranıb. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınıb, asayiş tam bərpa edilmiş, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə öz dini ayinlərini sonadək icra ediblər.

 

Qeyd olunan hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam