Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türklər 58 nəfəri xilas etdi – VİDEO

 

98124

 

 

Türkiyəyə üz tutan növbəti miqrant qrupu son anda ölümün caynağından xilas olub.

Xeberinfo.com:  Məlumata görə, Türkiyənin Çanaqqala sahillərində növbəti qeyri-qanuni miqrant qrupu batmaqdan xilas olub. Çanaqqalanın Ayvacık rayonundan Yunanıstanın Midilli adasına üzmək üçün yola çıxan şişmə qayıqda Əfqanıstan və Suriyadan gələn 58 miqrant olub.
Sahildən aralanan və içərisində çoxlu sayda qadın və uşaq olan qayıq batmağa başlayıb. Qəza xəbərini alan Türkiyə sahil-mühafizə xidmətinin gəmiləri miqrantları xilas edərək Çanaqqala vilayətindəki qaçqın düşərgəsinə göndərib.
Bu arada Avropa Birliyi ölkələrin liderləri sərhəd və sahil mühafizəsi üzrə Avropa agentliyinin yaradılmasına dair qərar qəbul edəcək.
Bu barədə Avropa Birliyinə üzv ölkələrin Brüsseldə keçirilən sammitinin yekunları üzrə komünikedə bildirilib.
Məlumata görə, yaxın aylarda Şengen məcəlləsinin islahatları üzrə Avropa Komissiyasının təklifləri nəzərdən keçiriləcək.
Üç gün davam edən sammit zamanı avropalı liderlər Avropa Birliyinin daxili bazarı, Suriya münaqişəsinə dair siyasəti, eləcə də Avropaya axın edən miqrantların qarşısının alınması istiqamətində müzakirələr aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam