Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Türkiyə sahillərində gəmi batdı

 

Türkiyədən Yunanıstan sahillərinə üz tutan qayığın dənizdə batması nəticəsində 17 miqrant həlak olub.

"Xeberinfo.com":  Türkiyə mediasının məlumatına əsasən, həlak olanların hamısı suriyalılar olub. Ölənlər arasında 5 nəfər qadın və 5 nəfər uşaq olub.

"Doğan" agentliyinin məlumatına görə, qayıq batmağa başlayanda insanlar qaldıqları kayutu vaxtında tərk edə bilməyiblər. Qayıqda olanlardan 20 nəfər xilasedici gödəkcələr hesabına xilas ola bilib.

Batan qayıq, güman edildiyinə görə, sahilyanı Gümüşlük qəsəbəsi yaxınlığından yola düşüb. Həmin yer Türkiyənin Bodrum kurortunun yaxınlığında yerləşir. 

Bu yaxınlarda Alan Kürdi adlı 3 yaşlı suriyalı qaçqın uşağın cəsədi məhz həmin ərazidə aşkar edilmişdi. Onun ölümü dünya mətbuatınta geniş rezonansa səbəb oldu.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu ilin əvvəlindən Yunanıstana 300 min miqrant və qaçqın gəlib. Onların əsasən Türkiyənin Egey dənizi sahilindən yola çıxdığı qeyd olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam