Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

“Səbrimizi sınamağa ehtiyac yoxdur”

043a446a-8d94-4ad8-94b0-8ceebb84bbce_292

 

“Bizim səbrimizi sınamağa ehtiyac yoxdur. Rusiya ilə münasibətlərin bərpasını vacib sayırıq”.

Xeberinfo.com:   Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Egey dənizində Rusiyaya məxsus gəminin Türkiyənin balıqçı gəmisini atəşə tutmasına münasibət bildirərkən deyib.
“Şübhəsiz, Türkiyə və Rusiya etibarlı münasibəti bərpa etməlidir. Rusiya tərəfindən irəli sürülən ittihamlar qəbuledilməz olsa da, biz Moskva ilə danışıqları davam etdiririk. Türkiyə NATO-nun yeganə üzvüdür ki, Ukraynaya yönəlik fəaliyyətinə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Bu, Rusiyadan qorxmağımızla əlaqədar deyil. Biz dövlətlərimizi bağlayan dostluq münasibətlərinə üstünlük veririk. Terrorçu İŞİD qruplaşması Türkiyə üçün təhlükədir. Hamı bilməlidir ki, biz İŞİD-i məhv etməsək, terrorçular bizi məhv edəcək. Türkiyə həmişə neft qaçaqmalçılığına qarşı mübarizə aparıb”, – nazir vurğulayıb.
Qeyd edək ki, Mövlud Çavuşoğlu Romada Liviya üzrə beynəlxalq konfransda iştirak edib.
Xatırladaq ki, Rusiyaya məxsus “Smetlivıy” hərbi gəmisi Egey dənizində Türkiyə balıqçı gəmisinə atəş açıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam